Seks zamanı qadın nə düşünür? | Tatli.Biz
Seks zamanı qadın nə düşünür?
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seks zamanı qadın nə düşünür?

Seks zamanı qadın nə düşünür?
Kişinin seks zamanı nə düşündüyü bir o qədər də sirr deyil.

Çünki məlum məsələdir ki, kişilər seks zamanı ayrı bir şeylər düşünsələr onların orqanizmi sadəcə lazımi rejimdə işləməkdən imtina edəcək. Kişi fiziologiyası belə təşkil edilmişdir ki, erotik oyanışın dəyərli reallaşması üçün predmetdə konsentrasiya vacibdir.

Amma qadın psixologiyası və düşüncəsi o qədər genişdir ki, seks zamanı müxtəlif yerlərdə ola bilirlər. Həmçinin müəyyən tip qadınlar seks zamanı tam ayrı bir insanı da düşünə bilərlər. Seksin qızğın vaxtında qadın təsəvvüründə sevdiyi serial qəhrəmanını da canlandıra bilər. Əslində real həyatda qadın həmin qəhrəmanı istəməyə də bilər, amma bu düşüncələr seksi daha da qızğın edə bilir.

Daimi görüşdüyü və sevdiyi biri ilə qadın ancaq və ancaq seks barədə düşünə bilər. O, xəyalında fərqli məkanlarda seksin həzzini ala bilir. Çünki bəzi qadınlar utancaq olduqları üçün seks fantaziyalarını partnyoruna aça bilmir. Və xəyalında bu seks zamanı müxtəlif pozalarda sevişə bilir.

Müəyyən tip qadınlar da vardır ki, onlar seks zamanı belə məişət problemlərini düşünür. Məsələn, oğluna səhər hansı yeməyi hazırlayacağını, yoldaşının hansı köynəyini ütüləyəcəyini, aldığı köynəyə necə bir ayaqqabı alacağını və sairə.

Qadınların fantaziyaları çox geniş və rəngarəngdir. Amma bəzən kişilər bunu görmür və maraqlanmır. Əslində kişilər bir az da olsa cəhd edib qadınları ilə tam ünsiyyət qursalar əmin olacaqlar ki, qadınlar seks zamanı ancaq onları və həmin anı düşünəcəklər

Dostlarınla Paylaş

Saytda 56 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022