![]() |
Tatli.Biz Əyləncə Portalı |
![]() ![]() ![]() |
Hansı sayıqlamaları cəmiyyət normal hesab edir?
1. Cədvəl üzrə seks
Cəmiyyət insanlar üçün yaxın münasibətlərin cədvəlini təqdim edir. Cümə günü, axşam? Şənbə günü, səhər? Həftədə 1 dəfə? İki dəfə? Sekslə tez-tez məşğul olmaq lazımdırmı? Gündə, həftədə, ayda neçə dəfə?
Qrafik lazımdır? Kim bu qrafiklərin yerinə yetirilməsinə əməl edir? Fiziki yaxınlıq sağlamlığa xeyirdirmi?- Bu cəfəngiyyatdır.
Seks - bu hiss, həvəs, istəkdir. Onu əvvəlcədən müəyyən etmək olmaz. O, ya baş verir, ya da yox. Hər kəs özü həll etməlidir: necə və harda. Qrafiklə yaşamaq lazım deyil.
2. İntim münasibətlər zamanı mənəvi dəyərlər.
Məsələn, "düzgün" qaydada intim yaxınlıq haqqında kim bilir? Hansı pozalar məqbuldur, hansı isə mənəviyyatsız hesab edilir? Necə ola bilər ki, məşuqə ilə etdiyinizi həyat yoldaşınızla etmək olmaz? Nələr əxlaqsızlıq sayılır?
Çoxlu sayda qadağalar və heç bir zövq yoxdur.
"Qeyri-normal" anlayışı yoxdur. Hər kəsin öz ambisiyaları, arzuları və fantaziyaları var.
3. İkili standartlar
İkili standartlar - ötən əsrin qalığıdır.Nəyə görə kişilərin xəyanəti normal qəbul edilir, qadınların isə yox? Bu ikili standartları kimlər tərtib edib? Nəyə görə "doğrular" sözün hərfi mənasında başa düşülür ? Nəyə görə müasir qızlar üçün "normal" hesab edilən 70 –ci illərin qızları üçün biədəb hesab edilirdi? Bu ikili standartlara görə kişilər xəyanət edə bilər. Daima sevgi axtarışında ola bilər, ancaq qızlar gözləməlidirlər. O vaxta qədər ki, onlara evlilik təklif olunacaq və onlar ərə gedəcəklər. Kişilərin xəyanəti belə ifadə olunur: "Onların təbiəti belədir". Bu xəyanət edənlərə haqq qazandırmaq üçün uydurulmuş əfsanədir.
Həyatın mənasını dərk etməyənləri çoxdan qulaqardına vurmaq lazımdır. Xoşbəxtlik – həyatın məqsədidir.
Biz tez-tez başqalarının həyatına müdaxilə edərək varlığımızı bildiririk. Həsəd aparmaq yox, yaşamaq lazımdır.