Seksdən soyumayan cütlüklərin 9 SİRRİ

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seksdən soyumayan cütlüklərin 9 SİRRİ

Seksdən soyumayan cütlüklərin 9 SİRRİ
İstər 5 aydır birlikdəsiniz, istərsə 5 ildir, uzun və davamlı münasibətlərin acı həqiqəti cinsi həyatda monotonluq yaranması ehtimalıdır. Libidonun aşağı olması, yüksək stress səviyyəsi, zəif ünsiyyət - bütün bunlar sağlam seks həyatınıza mane olar. Yalnız fəal olduğunuz təqdirdə dəyişikliklər edərək, nəticə qazana bilərsiniz. Qadinsayti.az seksdən soyumayan cütlüklərin 9 sirrini təqdim edir.

1. Tez-tez flirt edirlər
Seks həyatınızı sağlam saxlamaq üçün lazım olan ən əhəmiyyətli faktdır. Cinsi enerjini seks xaricində da canlı tutan məqamdır. Partnyorunuz seksual görünəndə ona iltifat edin, mətbəxdə qarşılaşdıqda qucaqlayın, öpün və ya soyunarkən gördükdə seksual nəzər yetirərək baxın. Cazibədarlığını görmək ona arzulandığını hiss etdirəcək və bir-birinizi yataqda istəməyə davam edəcəksiniz.

2. Yaxşı ünsiyyət qurmaq
Sağlam münasibətin açarı ünsiyyətdir (həm yataq otağında, həm də digər anlarda). Romantik problemlərlə yanaşı, cinsi istək və arzuları haqqında da danışa bilən cütlüklər, ümumiyyətlə, daha çox sevişirlər. Çünki tərəf müqabillərini məmnun etmək üçün tam olaraq nə etmək lazım olduğunu bilirlər.

3. Alçaldılmaq
Tərəf müqabiliniz fərqində olmadan sizi alçaldırsa, bu, çox pis haldır və seks həyatınıza da təsir edir. Münasibətlərinizdə kin, əsəb varsa, seks həyatınızı yavaş-yavaş itirəcəksiniz. Çünki tərəflərdən biri biganəliklə qarşılaşdığı üçün digər tərəfə qarşı əsəbidir. Ən kiçik şeylər haqqında belə, danışmağa vaxt ayırmaq aranızdakı boşluğu bağlayar və bir anda yanınızda sevişmək istədiyiniz seksual bir insan görməyə başlayarsınız.

4. Aktivdirlər
Aktiv həyat yaşayan cütlüklər daha çox sekslə məşğul olurlar. Daha çox enerjiniz olduğundan endorfin çoxalır, bu isə tərəf müqabilinizi həvəsə gətirər. Məsələn, idman salonuna gedin, birlikdə tərləyin və bonus məşq üçün evə tələsin.

5. Yaxşı istirahət edirlər
Yorğunluq ümumiyyətlə, daha böyük səbəbləri örtmək üçün bir yalandır. Amma yaxşı dincəlməyin seks həyatına müsbət təsir etməsi bir gerçəkdir. Həyatınız gərgindirsə, seksin ikinci plana atılması çox asan olur. Yuxudan imtina etməyiniz də seksi ikinci plana atar. Buna görə də istirahət etməyə vaxt ayırmalısınız.

6. Seksə rəng qatın
Seksi maraqlı, təəccüblü və əyləncəli etmək üçün cinsi baxımdan qeyri-adiliklər edən cütlüklər tez-tez sevişirlər. Seks həyatınızı fərqli etmək üçün müxtəlif pozlardan istifadə efor etsəniz, peşman olmazsınız.

7. Masturbasiya edirlər
Tərəf müqabilinizlə seks həyatınıza həyəcan qatmaq üçün solo seksə vaxt ayırın. Bədəniniz haqqında daha çox şey öyrənməklə yanaşı, libidonuzu artırmaq üçün möcüzə bir yoldur. Daha çox cinsi ruh halında olaraq, özünüzü seks rejiminə salmağınız tərəf müqabilinizlə olan cinsi həyatınıza da müsbət təsir edəcək.

8. Seks üçün zaman ayıranlar
Bir gün içərisində "yoxmuş" kimi görünə bilər, amma bəhanələr uydurmaq yerinə seks üçün zaman ayıran cütlüklərin seks həyatları təbii olaraq daha aktivdir. Romantik anlara xüsusi vaxt ayırmaq seks həyatınıza ciddi şəkildə töhfə verə bilər. "Seksi proqramlaşdırmaq" lazım deyil. Yalnız bir neçə saatınızı divan və televizordan uzaqda, səmimi anlar yaşamağa ayırın. Sonrası da artıq məlumdur.

9. Nəzarəti itirməkdən qorxmazlar
Yataq otağına rəng qatmağa çalışın. Həm siz, həm də partnyorunuz seks mövzusunda açıq fikirlisinizsə və qaydalara görə oynamaqdan xoşlanmırsınızsa, ehtiraslı və spontan bir seks həyatınızın olması olduqca asandır.Aile.lent.az

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Saytda 64 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021