Seksin hansı faydaları var

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Seksin hansı faydaları var

Seksin hansı faydaları var
Seks xoşagəlimli olmaqla yanaşı, həm də faydalıdır.

Seksin insan həyatında rolu böyükdür. Siz təsəvvür belə etmirsiniz ki, onun hansı faydaları var.

ABŞ-da seks və onun psixoloji təsirini araşdıran tədqiqatlar bir çox suallara cavab verib. Artıq biz nəyə görə kişilərin daha çox seksdən sonra yenidən intim yaxınlıq, qadınların isə daha çox sevgi, romantika, ailə və uşaq istəməsi suallarına cavab verə bilərik.

Alimlər seks zamanı insanın beynində nə baş verdiyini və insanın ondan hansı fayda əldə etdiyini araşdırıblar. Psixoloqlar müəyyən ediblər ki, cinsindən asılı olmayaraq orqazm anında beynin bir hissəsi aktivləşir. Buna görə də insan ondan həzz ala bilir. Bu hətta nə isə dadlı yemək və içki qəbul edəndə də baş verir. Orqazm meydana gəldikdə insanın hipotalamusu oyuna başlayır.

İnsan sekslə məşğul olduqda bədənində maraqlı proseslər müşahidə olunur. Hipotalamus oksitosin hormonları istehsal edir. Bu isə psixoloji baryeri aşır və partnyorlar arasında bir-birnə inam yüksəlir. Oksitosin hormonunu hətta qucaqlaşma hormonu da adlandırırlar. Bu hormona görə tərəflər qarşılıqlı inam və yaxınlıq hiss edə bilirlər. Qadın orqanizmində oksitosin daha çox istehsal olunur. Bu səbəbdən də əlaqələr qısamüddətli və ya təsadüfi olduqda belə, qadınlarda tez-tez sevgi hissi baş qaldırır.

Kişilərdə oksitosin həzz hissi yaradır. Bundan əlavə kişilərdə dopamin və yaxud həzz hormonu ayrılır. Bu iki hormonun kombinasiyası kişi və qadınlar arasındakı proseslərin fərqli qəbulunu izah edir: birinci - intim yaxınlıqdan sonra yenə seks istəyi, ikinci - aşiq olmaq.

Elm seksin faydaları haqda suallara da cavab verir: orqazm yaxşı ağrıkəsicidir, o, beynə gedən ağrı siqnallarına mane olur.

Bundan əlavə seks zamanı öyrənmək qabiliyyətini artıran hüceyrələrin sayı artır. Dialektikanın qanunları burada bütün gücü ilə işləyir: nə qədər çox sekslə məşğul olsanız, bir o qədər ağıllı olarsınız. Bu testesteron səbəbindən baş verir, hansı ki diqqəti toplamağa kömək edir və reaksiyanı yaxşılaşdırır. Seks həmçinin beynin iş qabiliyyətini artırır, çünki beyin oksigenlə doymuş olur.

Seks qadın orqanizminə çox möcüzəvi təsir göstərir. Bizim barmaqlarımızın arasında çoxlu sayda əsəb sonluğu yerləşir, dodaqlarda isə bu daha çoxdur. Ona görə də qadını öpmək stresə qarşı ən yaxşı dərmandır. Öpüş zamanı beynin siqnal göndərməsi nəticəsində orqanizm hormonlar istehsal edir ki, bunlar da rahatlanmaya, gərginliyi azaltmağa və əhval-ruhiyyəni qaldırmağa xidmət edir. Qadın nə qədər çox öpülərsə, hissiyyat bir o qədər artır və o, intim münasibətə daha çox hazır olur.

Seksoloqlar iddia edir ki, qadının rahat olması – qadın orqazmasının açarıdır.

Qadınlar üçün əsas bütün psixoloji baryeri aşa bilməsi, kənar fikirlərdən yaxa qurtarması, tərəf-müqabilinə inanması və rahatlanmasıdır.

Keyləşdirən, yəni ağrıkəsici seks – xüsusilə də kişilər üçün yaxşı yuxugətiricidir, hansı ki, seks zamanı stresi götürə bilir. Qadınlarda isə hormonların istehsalı psixo-emosional vəziyyətlə xarakterizə oluna bilər: orqazmdan sonra gülüş və göz yaşı və yaxud da ikisi də bir yerdə ola bilər.

Seks insan həyatında böyük əhəmiyyət kəsb edir. O, xoşagəlimli olmaqla yanaşı, həm də faydalıdır. Ancaq onun fiziki və psixoloji xarakterli faydalarını da xatırlatmaq lazımdır. Həm də xırda fikir ayrılıqları seksin köməyi ilə həll olunur.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, 2021-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Saytda 172 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021