Sevgi və ayrılıq haqqında ən gözəl və ən müdrik ibrətamiz hekayə

Sevgi və ayrılıq haqqında ən gözəl və ən müdrik ibrətamiz hekayə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Sevgi və ayrılıq haqqında ən gözəl və ən müdrik ibrətamiz hekayə

Sevgi və ayrılıq haqqında ən gözəl və ən müdrik ibrətamiz hekayə
Sevgi və Ayrılıq meydanın kənarında dayanıb gənc cütlüyə tamaşa edirdilər.
Ayrılıq Sevgiyə deyir: "Mərc gələk, mən onları bir-birindən ayıraram!"

Sevgi deyir: "Dayan, qoy əvvəlcə mən onlara bircə dəfə yanaşım, sonra sən istədiyin qədər onlara yanaşa bilərsən- ondan sonra görərik ki, sən onları ayıra bilərsən, yoxsa yox,". Ayrılıq razılaşır.

Sevgi gənc cütlüyə yaxınlaşır, onlara toxunur və onların gözlərindəki qığılcım yarandığını görür... Sevgi uzaqıaşır və deyir: "İndi sənin növbəndir".

Ayrılıq cavab verir: "Yox, mən indi heç nə edə bilmərəm, indi onların ürəkləri sevgi ilə doludur. Mən sonra onlara yaxınlaşacam."

Zaman keçir. Ayrılıq evə yaxınlaşanda evdə gənc ana, körpə və ata görür. Ayrılıq ümid edir ki, sevgi artıq keçib gedib. O, bu ümidlə evin kandarına qədəm qoyur. Onlara yaxınlaşanda gözlərində Minnətdarlığı görür. Ayrılıq geri dönür və deyir: "Mən sonra gələcəm".

Zaman keçir, Ayrılıq yenidən peyda olur. Bu dəfə evdə səs-küy salan uşaqları sakitləşdirən işdən yorğun gəlmiş ata və ananı görür. Ayrılıq ümid edir ki, bu dəfə onları ayıra biləcək – çünki bu illər ərzində Sevgi və Minnətdarlıq onların ürəyindən yox olub getməlidir. Amma bu dəfə onların gözlərinə baxanda Hörmət və Anlayışı görür. "Mən sonra gələrəm"- Ayrılıq deyir.

Zaman keçir. Ayrılıq yenə onların evinə yaxınlaşır. O, ağ saçlı atanın yetkin uşaqlarına nə isə izah etdiyini, qadının isə mətbəxdə yemək hazırladığını görür. Onların gözlərinə baxan Ayrılıq bu dəfə təəssüflə köks ötürür: çünki onların gözlərində İnam görür. "Mən sonra gələrəm"- deyib gedir.

Zaman keçir. Ayrılıq yenə evə yaxınlaşır, evdə ora-bura qaçan nəvələri, buxarının yanında qızınan yaşlanmış qadını görür. Ayrılıq baxır və öz-özünə fikirləşir: "Deyəsən mənim vaxtım gəlib çatıb". O , yaşlı qadının gözlərinə baxmaq istəyərkən, qadın ayağa qalxır və evdən çıxır. Ayrılıq onun ardınca gedir. Qadın məzarlığa gedir və qəbirlərdən birinin yanında əyləşir. Bu onun həyat yoldaşının qəbri idi.

"Deyəsən mən gecikmişəm," –Ayrılıq fikirləşir, -zaman mənim yerimə mənim işimi görüb". Ayrılıq qadının ağlayan gözlərinə nəzər salır. Amma onun gözlərində Xatirə – Sevgi Xatirəsi, Minnətdarlıq, Hörmət, Anlayış və İnamı görür.

Dostlarınla Paylaş

Saytda 32 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024