6 xöştbəxt cütlük: bu cütlüklərdə qadınlar ərlərindən yaşca böyükdür.
Bu qadınlar bütün stereotiplərin əksinə gedərək özlərindən yaşca xeyli kiçik kişilərlə ailə qurublar. Amma onlar xoşbəxtdirlər!
Şakira və Jerar Pike bütün dünyanın valeh olduğu xoşbəxt cütlükdür. Jerarın xanımı ondan 10 yaş böyükdür, amma onlar eyni gündə doğulublar!
Yana Rudkovskaya əri Yevqeni Plyuşenkodan 8 yaş böyükdür, amma bu yaş fərqi olnarın ən ahəngdar ulduz cütlüklərdən biri olmasına mane olmur.
Debora Li-Lyuis həyat yoldaşı Hyu Jekmandan 14 yaş böyükdur. Cütlük 18 ildir ki, evlidirlər.
Lera Kudryavseva və İqor Makarov arasında isə 16 yaş fərq var. İqor ögey oğlundan cəmi 3 yaş böyük olsa da, cütlük canbir qəlbdə yaşayırlar.
Tilda Suinton əri Sandro Koppdan 18 yaş böyükdür. Onlar 10 ildir ki, xoşbəxt nigahda yaşayırlar.
Sem Teylor- Vud xərçəncə qalib gəlmiş qadındır. O xöşbəxtliyini özündən 24 yaş kiçik Apon Teylor- Jonsonda tapıb. Cütlüyün bu nigahdan 2 qızı var.