Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Sevginin dili – toxunuşdur
Qədim Çində cütlüklər aralarındakı əlaqələrini düzəltmək üçün "9 gülün toxunuşu" tapşırığından istifadə edərdilər.
Sevginin dili – toxunuşdur. Hamı üçün fiziki yaxınlıq vacibdir: söhbət zamanı bir-birinə toxunmaq, qucaqlaşmaq, əllərindən tutmaq. Sizin bütün cəhdləriniz, məsələn, ev təmizliyi, yemək hazırlamaq, təklikdə vaxt keçirmək sizin sadiq dostunuza özünü xoşbəxt hiss etməyə və onu sevdiyinizə əmin olmağa kömək etməyəcək. Əgər sizdən birinizi daxilən nə isə narahat edirsə, əgər aranızda uzunmüddətli ayrılıq olubsa və yaxud siz münasibətlərinizdə əvvəlki etimad və birliyi qaytarmaq istəyirsinizsə onda sevginin dilindən istifadə edin.
Üz-üzə oturun. Uyğun mövqe seçin. Əvvəlcə bir-birinizin gözlərinə baxın.
Sonra, sonra hər iki əllə astaca və zərif hərəkətlə bədəninizə toxunun. Başınızın üstündən başlayın, yavaş-yavaş ayaq barmaqlarınızın ucuna qədər aşağı düşün. Bərabər və dərindən nəfəs alın. Əgər sevgilinizin bədəninizin hansı hissələrinə toxunmasını istəmirsinizsə həmin yerlərə toxunmayın.
Sizin partnyorunuz eyni ilə sizin bütün hərəkətlərinizi təkrarlayacaq. Hansı ki, siz həmin hissələrə incəlik və məhəbblə toxunmusunuz.
Bitirən kimi partnyorunuza gülümsəyin və cavabında o, da gülümsəyəcək və təbəssümü ilə sizə sevgi və minnətdarlıq göndərəcək. O, həmçinin sevgisini xoş, mehriban, incə sözlərlə ifadə edə bilər.
Hər şey bitəndən sonra rollarınızı dəyişin və hərəkətləri təkrarlayın.