Sevişməzdən əvvəl bunları mütləq edin!

Sevişməzdən əvvəl bunları mütləq edin!


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Sevişməzdən əvvəl bunları mütləq edin!

Sevişməzdən əvvəl bunları mütləq edin!
Unudulmaz, həzz dolu və hər iki tərəfin də təmin olunduğu seks həyatını hər kəs arzulayır. Lakin bəzən tərəflərdən birinin fərqində olmadan etdiyi səhvlər xoşbəxt sona mənfi təsir edir. Belə səhvlərə yol vermək istəməyən cütlüklər 4 qızıl qaydanı diqqətlə oxuyun.

1. Əhvalınızı korlayan mövzuları yatağınızdan uzaq tutun
Seksin əvvəlində əsla cansıxıcı mövzulardan bəhs etməyin. Gündəlik həyatda kifayət qədər darıxdırıcı hadisələr var və bu hal həm sizin, həm də tərəf müqabilinizin əhvalını korlayır. Bu vəziyyəti dəyişdirmək üçün yatağa girməzdən əvvəlki həyatınızı olduğu yerdə buraxın və zövq dolu anlar yaşamaq üçün özünüzü o ana kökləyin.

2. Seksual alt paltarları geyinin
Hər şeydən əvvəl gözə xitab edilir. Ona görə də öz bədəninizə uyğun paltarlar tapın və möcüzəvi seksə hazırlaşın. Təbii ki, sirləri də həyatınızdan çıxarmayın. Anlaşılmaz bir mühitdə, naməlum gözləntilərlə dolu şəraitdə seks gözəl ola bilər.

3. Təmizlik və bədən qoxusu əhəmiyyətlidir
Hər şeyi bir kənara qoyaq, bütün seksuallığı və həyəcanı təmizliklə belə, təmin edə bilərsiniz. Tər, siqaret və s. kimi pis qoxular tərəf müqabilinizi sizdən itələmək üçün ən vacib faktorlardır. Tərəf müqabilinizin zövqünə görə qoxular və təmiz bədən gözəl seksə təminatdır.

4. Həssas nöqtəyə toxunuş
Hara və necə toxunmağınız tərəf müqabilinizi nə qədər tanıdığınıza bağlıdır. Onun həssas nöqtələrini axtarmaqsa tərəf müqabilinizi daha çox həyəcanlandıracaq və bu kəşf hər ikinizə ləzzət verəcək.xalqxeber.az

Dostlarınla Paylaş

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024