Şəxsi məsafə

Şəxsi məsafə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Şəxsi məsafə

Şəxsi məsafə
Eduard T. Hallun araşdırmasına görə şəxsi məsafə haqqında müxtəlif mədəniyyətlərin fərqli baxışları var. Məsələn, Şərqi Asiyada qarşı-qarşıya söhbət edən insanların arasındakı məsafə təxminən 1 metrdən yaxın olmamalıdır. Əks halda onlar özlərini narahat hiss edirlər. Lakin Şimali Amerikada və şimali Avropada əksər insanlar hesab edirlər ki, 1 metr çox böyük məsafədir, 50-90 sm məsafə normaldır. Cənubi Avropada və Cənubi Amerikada qeyd ounanlardan daha yaxın məsafədə olmağa üstünlük verirlər. Ərəb ölkələrində şəxsi məsafə 30 sm və ondan az ola bilər. Təbii ki, hərdən insanlar bir-birilərinə çox yaxın olmağa məcbur olurlar, məsələn çox sıx avtobus və qatarlarda bu hal tez-tez müşahidə olunur. Bu zaman nə baş verir, bəzi insanlar qulaqcıqlarını taxaraq musiqiyə qulaq asır və yaxud da qəzət oxuyurlar. Mütləq digər ölkələrə gedəndə şəxsi məsafə haqqında düşünün. Çünki bu faktor ünsiyyətdə olduğunuz insanlar üçün vacibdir.

Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024