Təbii doğuşlardan sonra posttravmatik stress pozuntusu. Simptomlar və müalicə

Təbii doğuşlardan sonra posttravmatik stress pozuntusu. Simptomlar və müalicə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Təbii doğuşlardan sonra posttravmatik stress pozuntusu. Simptomlar və müalicə

Təbii doğuşlardan sonra posttravmatik stress pozuntusu. Simptomlar və müalicə
Doğuş istənilən gənc qadının həyatında çətin və ağrılı proseslərdən biri olmaqla yanaşı, əksəriyyət hallarda psixoemosional sferanın çoxsaylı travmatik təsirləri ilə müşahidə olunur.
Bunların ümumiləşmiş forması kliniki diaqnostikada  posttravmatik stress pozuntusu (PTSP) olaraq adlandırılmışdır.
Posttravmatik stress pozuntusu (PTSP) hədsiz stress, qorxu və kədərdən dərhal sonra yaranan psixoloji haldır. Bu diaqnoz ilk dəfə Birinci dünya müharibəsi illərində onunla əlaqədar daha çox kişilərə şamil edilsə də, zaman məvhumundan asılı olmayaraq, dünyada milyonlarla qadında doğuşdan sonra PTSP simptomları müşahidə olunmaqdadır.
Doğuş travmasını ağır keçirən qadınlarda həmin andakı qorxu və çarəsizlik hissləri doğuşdan sonrakı dövrdə kabusa və yaddaşda canlanan acı xatirələrə çevrilərək sonradan xatırlandığında güclü panika, narahatlıq və kədər yarada bilir; o travmanı xatırladan hər şeydən, o cümlədən, o mövzu haqqında danışmaqdan qaçmaq arzusu yaradır.
Bu cür ağır simptomların qeyd olunmasına baxmayaraq, PTSP xəstəlik növü kimi ancaq 1990-cı illərdə dövlətimiz tərəfindən rəsmən qəbul edilmişdir.
Beynəlxalq Səhiyyə Təşkilatının açıqladığı statistikaya görə, hamiləlik və doğuş problemləriylə bağlı hər gün dünyada 803 qadın həyatını itirməkdədir. Lakin doğuş sonrası PTSP simptomları müşahidə edilən qadınların sayı haqda dəqiq rəsmi məlumat hələ də yoxdur. Bəzi təxminlərə və deyilənlərə görə, hər 100 qadından 4-ü bu simptomlardan əziyyət çəkir.
Bəs PTSP riski qadınlarda nə zaman artır?
Doğuşdan sonra PTSP simptomları müxtəlif qadınlarda fərqli şəkillərdə üzə çıxa bilir. Məsələn, tez-tez doğuş anını xatırlamaq, eyni acı və qorxunu təkrar-təkrar yaşamaq, özünü təhlükədə hiss etmək, hədsiz narahat olmaq kimi.
Bu sahədə olan əksər ekspertlərin fikrinə görə, doğuş zalında fizioloji doğuş keçirən qadınlar bu prosesin kifayət qədər həkim nəzarəti altında olmadığını düşünərsə, ya da o an professional xidmət və dəstəkdən məhrum olarsa onlarda PTSP riski daha yüksək olacaqdır. Həmçinin, doğuşdan çox-çox əvvəl digər psixoemosional travma və ya depressiya keçirmiş qadınlarda PTSP riski norma ilə müqayisədə beş dəfə çox izləniləcəkdir.
Proses harda cərəyan edir?
Normal halda xatirələr insan beyninin hipokampus hissəsində toplanır. Lakin travma keçirmiş şəxsin zehni təkamül prosesində formalaşan və ətrafdakı bir sıra "təhlükələr"dən qorunmağa xidmət edən "vur və ya qaç" reaksiyası nümayiş etdirməkdədir və bu fonda beynin qorxuyla əlaqəli olan badamvari cismi fəaliyyətə düşür. Travma anını xatırladan hər hansı bir hadisə, məsələn, televizorda doğuş səhnəsi izləmək və s. yeni doğmuş zahının o andakı təhlükəni xəyali olaraq "canlı" şəkildə hiss etməsinə və təşvişə düşməsinə səbəb ola bilir.
Müayinələr zamanı məlum olub ki, PTSP simptomları müşahidə edilən gənc analarda beynin sağ badamvari cisminin həcmi digərləri ilə müqayisədə 6 dəfə böyümüşdür və fizioloji olaraq bu hissə təmamilə qorxu hissinə nəzarət etməkdədir.
Diaqnoza təsir edən amillər sirasında əsas yeri hamiləlik və doğuş dövründə psixi sağlamlıq problemləri olan qadınların təxminən 50%-nin psixoterapevtik müalicə almaması tutur. Bundan əlavə, mütəxəssislər doğmalarından və cəmiyyətdən mənfi reaksiya görməkdən qorxan gənc zahı qadınların öz problemlərini də gizli saxladıqlarını, sosial qınaq hədəfinə çevrilməkdən qorxduqlarını vurğulayırlar. 
PTSP ailə münasibətlərinə də təsir edir.  Belə ki, qadınların öz problemlərini cəmiyyərdən gizlətməsi onların ailə münasibətlərinə də mənfi təsirsiz ötüşmür.
PTSP ananın həm yeni doğulan körpəsi, həm də digər övladları arasındakı bağlarına, o cümlədən həyat yoldaşı ilə cinsi münasibətlərinə də ciddi şəkildə təsir edə bilir. Bu təsirlərin bəziləri zamanla azalsa da, bir qismi qalıcı xarakter alır.
PTSP necə müalicə olunur?
Doğuş sonrası PTSP konservativ və koqnitiv davranış terapiyası ilə müalicə olunaraq pozitiv nəticələr verə bilir. Bu müalicələrin mahiyyəti xəstənin düşüncə və davranış tərzinin müxtəlif psixoloji söhbətlər vasitəsilə dəyişilməsi və özünə əminlik hissinin artırılması deməkdir.
Həkimin göz hərəkətləri ilə laqeydləşdirmə və təkrar işləmə müalicəsi (meditasiya) əllə masaya yüngülvari vurularaq (və ya musiqi vasitəsilə) qadının keçmişdəki bədbin təcrübəni unudub indiki zamanda olduğunu xatırlamasına yardım məqsədi daşıyır.
Bu sahədə olan mütəxəssislərin qeyd etdikləri kimi, lazımi səviyyədə kompleks müalicə ilə PTSP-nin öhdəsindən gəlmək mümkündür. Lakin differensial diaqnostika düzgün aparılmalı, müvafiq simptomların dinamik izlənmədə doğuş sonrası depressiya halına şamil edilməsi inkar olunmalıdır.
Doğuş sonrası gənc analarımızda yaranmış olan bu problem tək bir ixtisaslı həkimin: mama-ginekoloqun və ya psixoterapevtin işi olmamalı, birgə konsultativ-effektiv müalicə planı işlənib hazırlanmalıdır. Habelə, mamaçaların və doğuş mütəxəssislərinin də bu mövzuda daha yaxşı məlumatlandırılması problemin həllinə kömək edən faktorlar hesab edilə bilər.
Doğuş prosesində iştirak edən tibb işçilərinin jarqondan təmizlənmiş və daha şəfqətli leksikondan istifadəsi, doğan qadına nəvaziş və incə yanaşılma kimi bəsit üsullar bu diaqnozdan əziyyət çəkən qadınların fiziki və psixi problemlərini minimuma endirə bilər.
Təbii doğuşlardan sonra posttravmatik stress pozuntusu. Simptomlar və müalicə

Dostlarınla Paylaş

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024