Təbii yolla müalicədə yeni nəfəs

Təbii yolla müalicədə yeni nəfəs


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Təbii yolla müalicədə yeni nəfəs

Təbii yolla müalicədə yeni nəfəs
Azərbaycanda dərman bitkilərilə müalicəni, müasir fitoterapiyanın çiçəklənməsində
rolu olan həkim-fitoterapevt Elnur Rəhimov bu sahədə necə uğur qazandı?

Fitoterapevt kimi tanınmağımda tibbi təhsilim, farmakologiya (dərmanlar) haqqında
oxuduqlarım və alternativ müalicə üsullarında araşdırmalarım oldu. Xüsusilə də təbii üsulla
müalicələrdə qeyri-tibb işçilərinin də məşğul olması fitoterapiyanı çox gözdən salmışdı və elə
xalq təbabəti olaraq yaddaşlarda qalırdı. Avropanın əksər ölkələrində konfranslarda iştirak etdim,Almaniyada, Hindistanda, Çində, Türkiyədə və s müasir fitoterapiyanın necə də gözəl vüsət almasının şahidi oldum. Azərbaycanda iqlim qurşağına görə əvəzsiz dərman bitkilərinin bitdiyini amma tanınmamasına görə istifadə edilməməsini gördüm. Bu işdə fitoterapiyanı anlayan peşəkarlarla tanış olmağa başladım istər ölkəmizdə istər xaricdə. Əksər tanınmış həkimlərimizin də gördüyüm bu işi dəstəkləməsi gözəl nəticələrn sayını artırdı. Müasir fitoterapiyanın ölkəmizdə inkişafı üçün ilk fitoterapiya portalı yaratdıq; www.fito.az və bir sıra elmi məqalələr,dərman bitkiləri üzrə elmi işlə yazmaq, xroniki və ya dərman müalicəsini qəbul edə bilməyənlərə şəfa verməkdə vəsilə olmaq və s. Fitoterapiya ilə bağlı silsilə kitablar yazmağı planladıq, artıq çapda olanı da var; "Dekorativ Bitkilər Xalq təbabətində".

Təbiətə bu qədər sevgidən doğan təbii üsulla müalicə üsulu o qədər tibb aləmində
istifadə olunmur?

Təbiət çox maraqlıdır, canlı orqanizm təbii üsullarla müalicədən daha az zərər gördüyünü də
bilirik. XXI əsrin əvvələrindən başlayaraq dünya miqyasında xalq təbabətinə qarşı münasibət
dəyişilmiş və onun əsrlərdən bəri qazandığı empirik nəticələrə böyük maraq yaranmışdır.
Yaddda saxlamaq lazımdır ki, elmi təbabətin möhkəmlənməsinin qurulmasında xalq
təbabətinin qazandığı empirik təcrübələrin nəticələri həlledici rol oynamışdır. Müasir dövrdə
elmi-texniki tərəqqinin nailiyyətləri elmi təbabətin daha da böyük vüsətlə inkişafına səbəb
olmuşdur: yeni tibbi aparatların və cihazlarının yaradılmasına, dərman arsenalının güclənməsinə gətirib çıxarmışdır.
Xəstəliklərin müalicəsində yeni müalicə üsullarının geniş tətbiq edilməsi nəticəsində
inkar olunmaz müsbət nəticələrin alınmasına səbəb olmuşdur.
Müasir tibb elminin nəhəng nailiyyətlər əldə edilməsinə baxmayaraq xəstəliklərin və
xəstələrin sayı azalmır, gündən-günə artır.
Bunun səbəbi nədir? Səbəb çoxdur, lakin bunlarına içərisində ən mühümü insanların təbiətdən və təbii qidalanma şəklindən uzaqlaşması, təbiətin özündə mövcud olan müalicə vasitələrini qorumaq və gücləndirmək qayğısına qalmasıdır. Təbabətdə belə bir deyim var:həkim xəstəni müalicə edir, lakin təbiət onu sağaldır. Tibb ocaqlarında dərman bitkiləri haqqında
o qədər də məlumat verilmədiyi üçün dünyada həkimlər daha çox silah kimi dərmanlardan
istifadə edir, təbii ki kəskin proseslərdə hamımızın üz tutduğu əsas vasitələr sayılır.
Sizin reseptlərinizlə kifayət qədər insanların sağaldığını informasiya vasitələri ilə,
eləcə də canlı şahidi olmuşuq, bu təbii reseptlərin sirri nədədir?
Əslində bu sirli deyil, sadəcə pasientlərin xəstəlikləri haqda doğru qərar vermək, dzgün
diaqnoz qoymaq, seçəcəyimiz müalicə üsulunun gedişini izləmək və səmərəli qidalanmanı tətbiq etməkdir. Hər kəs öz xəstəliyinin həkimi kimi yanaşmalı və biz həkimlərin tətbiq etdiyi
müalicənin qeyd olunacaq mərhələlərlə davam etməsində diqqətli olmasıdı. Bəzən bitkilərdən də sui-istifadə edirlər. Ziyanı olmaz deyə dozanı aşırlar və neqativ nəticələrlə rastlaşırlar. Bütün hallarda ən yaxşısı xəstəlikdən qorunmaqdır və profilaktikada təbii üsullardan yararlanmaq mümkündür. Bronxial Astma, revmatik xəstəliklər, mədənin iltihabi xəstəlikləri, xorası,hepatitlər, böyrək daşı xəstələyi hətta əməliyyatdan sonra tez-tez daşların yaranmasının qarşısının alınması, öd kisəsi xəstəlikləri, uşaqlarda immun sistemin çatışmazlığı fonunda baş verən uzun müddətli infeksion və ya parazitar xəstələiklərin qarşısının alınmasında rol oynayan müalicə üsullarımızda arı məhsullarının, dərman bitkilərinin, düzgün yaşam və səmərəli qidalanma böyük önəm daşıyır.

Bildiyimizə görə xarici ölkələrdən (Qazaxıstan, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi,
Türkmənistan, Rusiya və s) də sizin qəbulunuza gələn xəstələr olur. Bu da bir uğurdu,
Sizcə hər kəs bitki içməlidirmi?
Qeyd olunan ölkələrdən təkcə mənim deyil, Azrəbaycanın digər çox savadlı öz sahəsində
böyük işlər görən kolleqalarımın da qəbuluna gələnlər var. Azərbaycanda elə bitkilər var ki onlar əksər yerlərdə yoxdur və xəstələrin buralara üz tutması tək məndən asılı deyil bizim şəfalı torpaqlarımızdı. İbn-Sina dediyini sadə şəkildə söyləsəm" hər kəsin çarəsi öz ayaqlarının altındadır". Sadəcə əsas olan insanlarımızın digər ölkələrə müalicə məqsədilə getməsinin qarşısı ala bilməkdir. Bu birdən-birə tam düzəlməsə də irələliyişlər çoxdur. Məsələn Türkiyədə fitoterapiya sahəsində çalışanların əksəriyyəti həkim deyil və ancaq bitki tanıyaraq xəstəliklərə yanaşırlar bu tam effekt verməyə bilir. Hətta bəzi saytlarda və TV-lərdə o qədər uyğun gəlməyən bitki müalicələri səsələndirirlər ki heç o bitkinin toksiki təsirlərini vurğulamırlar. Bir dəfə yanıma bir pasient müraciət etmişdir, dedi ki: 10 ildən çoxdur müxtəlif "ot dəmləmələri" içirəm,yerli-yersiz və belim ağrıyır. Mən bundan sonra ehtiyac olmayacağı təqdirdə bitki içmə və həmin xəstə bir müddətdən sonra yaxşılaşmışdır. Artıq istifadə edilən hər bir məhsul ziyanlıdır!

Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024