Toksikoz zamanı nə etməli...

Toksikoz zamanı nə etməli...


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Toksikoz zamanı nə etməli...

Toksikoz zamanı nə etməli...
Qadınların əksəriyyəti hamiləliyin ilk aylarında toksikozun əmələ gəlməsi halları ilə qarşılaşıblar. Səhər bu əziyyətdən qurtarmaq üçün nə etməli?

Hər şeydən əvvəl toksikoz zamanı fiziki yüklənmələri və psixoloji yorğunluğu aşağı salmaq lazımdır. Gözünüzü açan kimi yataqdan qalxmayın, 15 dəqiqə yataqda qalın.

Səhər yeməyinə kreker və ya zənçəfilli peçenye ilə başlayın. Sonra zövqünüzə uyğun yeməklər seçib yemək olar. Belə səhər yeməyi əksər hamilə qadınlara ürək bulanmasından yaxa qurtarmağa kömək edəcək.

Gün ərzində yağlı qidalardan uzaq olmağa çalışın. Tez-tez, ancaq az miqdarda yeyin. Bir qidanını bitirməmiş həmin dəqiqə ikincisinə keçməyin. Qida qəbulu arasında 2-3 saat müddət olması məsləhətdir.

Bu dövrdə sizə kəpək, meyvə, tərəvəz, yüngül salatlar faydalı olacaq.

Qazlı su içməkdən imtina edin. Təbii içkilər, məsələn, quşüzümü meyvəsinin şərbəti, kompot, nanəli çay, çobanyastığı çayı və ya ballı çay için.

Qəfil ürəkbulanma zamanı oturun və başınızı dizlərinizə doğru əyin. Bu vəziyyətdə üzərinizdə nabat saxlasanız yaxşıdır. 1 stəkan limonlu su da belə vəziyyətdə köməyinizə çatacaq.

Dostlarınla Paylaş

Saytda 340 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024