Toy gecəsi cütlükləri narahat edən amillər nələrdir?

Toy gecəsi cütlükləri narahat edən amillər nələrdir?


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Toy gecəsi cütlükləri narahat edən amillər nələrdir?

Toy gecəsi cütlükləri narahat edən amillər nələrdir?
Toy gecəsi

Kişiliyin nümayişi sayılan bu gecədə kişilər çox nəzakətli olmalıdır.

Bir qadın on ildir əriylə qəribə bir şəkildə yaşayır. Ayda yalnız bir dəfə təmasda olurlar və bu təmas əsnasında da qadın tamamilə soyuq davranır. Səbəbi isə o olub ki, toy gecəsi əri bu qadının ürəyini sındırıb. Nə arıqsan, həm də çirkinsən deyib. Qadın bunu unuda bilməyib. Ona görə də kişilər qadını yaralayacaq, arıqsan, köksən, uzunsan, boyun qısadır, yaşlısan kimi sözlərdən uzaq dayanmalıdır.

Zifaf gecəsində gəlin və bəyin yaxınları tərəfindən çöldə keşik çəkilməsi qəribə və kobud bir adətdir. Bəzi yerlərdə isə nəticəni elan etmək üçün silah atma, müəyyən bir işarə və əlamət göstərmə kimi fərqli üsullar vardır. Bu kimi adətlər toy günü onsuz da həyəcanlı olan bəy və gəlini narahat edə bilər:

1- Gərdəyə daxil olan cütlüklər o axşam həyəcanlı olur. Xüsusən də kişilər belə bir vəziyyətlə qarşılaşdığı zaman daha da narahatlıq duyacaq, bəlkə bu səbəblə o gecə iqtidarsızlıq göstərə bilər.

2- O gecə qapı gözləyənlər cinsi əlaqənin baş tutmadığını anladıqları zaman, həm kürəkənin mənəviyyatı qırılır, həm də səhv bir qənaətin dedi-qodusu edilir. Belə bir təzyiq və nəzarət altındakı əlaqədən, gözlənilən nəticə alınmayınca, gəlin-bəy və digər qohumlar arasında, kədərli və incidici hadisələr meydana gələ bilər.

3- Zifaf zamanı bəkarət işarəsi açıqca görülməyən bəzi qızlar da var. Bu görülmədiyi zaman vəziyyət barədə səhv qərar verə bilərlər. Beləcə, evliliyin başında, günahsız bir qızın, "iffətsiz" olaraq elan edilməsinə səbəb olurlar. Bu da namuslu bir qız üçün, həqiqətən çox çirkin bir ittihamdir.

4- Cinsi əlaqə söhbətlərinin edilməsi cütlüklər arasındakı məhrəm sirlərin ətrafa yayılmasına səbəb olur. Dildən dilə gəzərkən hər kəs bir şey əlavə edir. Yanlış dedi-qodulara səbəb verir.

Əlaqədə qadının boşalması və təmini

Qadının cinsi əlaqə zamnı tez-tez nəfəs alması,məhrəm bölgədə yüngül sıxılmalar boşalmış hal kimi müəyyən olur. Bu kimi əlamətlər qadında baş vermirsə, bu, onun təmin olunmadığının göstəricisidir. Qadındakı bu halın ən əhəmiyyətli səbəbi isə kişinin səbirsizliyi və diqqətsizliyidir. İlk mərhələdə mükəmməllik gözlənilməzdir.

Həyəcan
Lüzumsuz təlaş və həyəcan erkən boşalmağa səbəb ola bilər. Bu hal, daha çox zifaf gecəsində və ilk görüşlərdə baş verir. Kişi maraq və həyəcandan erkən boşalmayla o anda bir müvəffəqiyyətsizliyə düşə bilər. Lakin bundan narahat olmağa dəyməz. Zifaf bəhsində qeyd edildiyi kimi, bu hadisə o an üçün adidir və daha sonra normal tarazlığını tapacaq.

Əlaqədən bir müddət uzaq qalancütlüklərdə erkən boşalmaq kimi vəziyyətlərə daha tez-tez rast gəlinir.
Səbir vərdişinə davam edilsə, əlaqələri 20-30 dəqiqəyə qədər uzatmaq və bir neçə ay içində erkən boşalma çətinliyindən xilas olmaq mümkündür.

Dostlarınla Paylaş

Saytda 182 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024