Toydan sonrakı həyat

Toydan sonrakı həyat


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Toydan sonrakı həyat

Toydan sonrakı həyat
1. Öz məqsədlərinizə çatmaq üçün uşaqlarınızdan istifadə etməyin. "Biz evliyik, uşaqlarımız var, evdə bizimlə otur, subaylıq gəzintilərini, dostlarını unut." Belə sözlər həyat yoldaşınızı sizinlə yalnız uşaqlara görə yaşadığı fikrinə alışdıracaq.

2. Valideyinlərinizi, dost və tanışlarınızı aranızdakı mübahisələrə qarışdırmayın. Həyat yoldaşınızın doğmaları və yaxınlarını aşağılamayın. Bu bütün hallarda xoşagəlməzdir. Mübahisəyə birinci başlamayın. Ağıllı olmaq lazımdır.

3. Çalışın ki, həyat yoldaşınız hakimiyyətin onun əlində olduğunu anlasın. Bilməlisiniz ki, kişi baş, qadın isə boyundur. Ona görə də onu hara istəsəniz çevirin.

4. Ailədə bütün qayğıları öz üzərinizə götürməyin. Bu işlək ata bənzəməyiniz deməkdir.

5. Dostları ilə tez-tez görüşdüyünə görə qalmaqal yaratmayın. Əgər münasibətlərinizdə sevgi və hörmət varsa sizin həyat yoldaşınız özü evə tez qayıtmağa can atacaq.

6. Unutmayın, tez-tez elə hallar olur ki, bu halda yalnız özünüzə güvənə bilərsiniz.

7. Həyat yoldaşınıza bir qədər azadlıq verin, əvəzində isə özünüz üçün də bir qədər azadlıq tələb edin.

8. Hər şeyi bağışlamaq olar? Yox! Xəyanət bağışlanılmazdır. Əgər hər dəfə ailənizi qorumaq xatirinə güzəştə getsəniz, həyat yoldaşınız həmişə xəyanətə davam edəcək. Sonra bağlı qapıları tıqqıldatmaq gec olacaq.

9. Başqa insanlara sizin şəxsi həyatınızı müzakirə etmək üçün səbəb verməyin. Heç kimin yanında mübahisə etməyin və narazılığınızı bildirməyin.

10. Öz yarınızın hobbi və maraqlarına etinasız yanaşmayın və ona gülməyin. Hər kəsin hər hansı mənasız kitab oxumağa və yaxud pulunu evin küncündə toz basmış qantelə xərcləməyə haqqı var.

Ailənizin necə olması yalnız sizdən asılıdır. Elə edin ki, sizin ailə həyatınız kiminsə çiynində yük olmasın

Dostlarınla Paylaş

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023