Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək

Uroloqdan uşaqlarla bağlı ÇAĞIRIŞ: 1 gün gecikmək
Uşaqlarda sidik yolu infeksiyası son zamanlar  tez-tez rast gəlinən bir problemdir və bəzən bu infeksiyaların səbəbi altda yatan ciddi bir xəstəlikdən yarana bilər. Bu səbəblə əgər bu infeksiyalar təkrarlanırsa, bunların araşdırılması vacibdir.
Medical Media-ya   açıqlamasında uşaq uroloqu Vüsal Cəfərov bildirib ki, uşaqlarda yaranan qızdırmalı sidik yolu infeksiyaları təhlükəli olur. Həkimin sözlərinə görə bu infeksiyaların ilkin əlamətləri sidikdə kəskin qoxu olması, qusma qızdırmanın bir neçə gün davam etməsidir. 
"Xüsusilə təkrar edən, qızdırmalı sidik yolu infeksiyaları ciddi fəsadlar yarada bilər. Uşağın bezini açanda heç hiss etmədiyi iy gəlirsə,uşağın qızdırması 4-5 gündən artıq davam edirsə, ümumi narahatlığı varsa, anlamsız şəkildə qusma halı yaşanırsa bu sidik yolu infeksiyasının da carçısı ola bilər. Valideynlər bu sahədə diqqətli olsunlar". 
Uroloqun sözlərinə görə uşaqlarda yaranan sidik infeksiyası zamanı vaxtında müdaxilə edilməsə sidik böyrəyə qayıdır və böyrəkdəki hüceyrələri çürüdür və bu da gələcəkdə həmin uşaqda böyrək çatışmazlığına gətirib çıxarır .
Uşaqda sidik yolu infeksiyalarının qarşısını almaq üçün mütləq uşağın şəxsi gigiyenasına ,onun alt paltarlarının həmişə təmiz və quru olmasına nəzarət etmək lazımdır. 
Mənbə: Medical Media 

Dostlarınla Paylaş

Saytda 97 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024