![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Valideyn olmaq çətin bir işdir. Bu yalnız uşağa daimi qayğı göstərmək, onunla oynamaq, tərbiyyə etmək və ona dünyanı göstərmək demək deyil. Valideyn olmaq ilk növbədə başqa bir insanın həyatına cavabdehliyi öz üzərinə götürməkdir. Təəssüf ki, yaşadığımız bu amansız dünyada təhlükələr hər addımda bu balaca varlıqları da izləyir. Əksər valideynlər ən elementar əşyaların uşaq üçün nə qədər təhlükəli ola biləcəyindən xəbərsizdirlər. Bu gün sizi tanış edəcəyimiz hadisə əfsus ki, dediklərimizin faciəli sonluqla bitməsini göstərən bariz nümunədir.
Adi günlərin birində Oklahoma ştatından olan gənc valideynlər Derek və Əli Dodd öz oğulları Şepardı uşaq qayğı mərkəzinə gətirirlər. Onlar təsəvvür etməzdilər ki, öz körpələrini həmin gün sonuncu dəfə görürlər.
Ən kədərlisi də odur ki,Oklahama ştatının Xüsusi xidmətlər depertamenti bu faciədə balaca Şepardın avtokresloda yatmasına valideynlərinin icazə verdiyini əsas gətirərək onları günahlandırıb. Hadisə ilə bağlı açılmış cinayət işində isə mərkəzin əməkdaşlarının faciədən bir neçə gün əvvəl işə götürüldüyü və kifayət qədər təcrübəyə malik olmadıqları qey olunub. Yeri gəlmişkən, bu mərkəz baş vermiş faciyəyə baxmayaraq fəaliyyətinə davam edib, yalnız faciədən 4 ay sonra həmin mərkəz məlum səbəbdən bağlanıb.
Hazırda Derek və Əli xeyirxah işlə məşğul olurlar: onlar Oklahoma ştatında pozisiyalı boğulma haqqında mühazirələrlə çıxış edirlər. Bununla onlar valideynlərə uşaqlarının həyatlarını qorumaq üçün təhlükəsizlik qaydalarına əməl etməli olduqlarını xatırladırlar.