Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR

Uşağınız gecə yatarkən altını isladırsa SƏBƏBİ BUDUR
Gecə sidik qaçırma bütün dünyada milyonlarla uşağa təsir edən sağlamlıq problemidir.
Əgər uşaq 5 yaşındadırsa və hələ də gecə yatağı isladırsa, bu, ciddi problemdən xəbər verə bilər. Təxminən hər beş uşaqdan birində gecələr sidik qaçırma olur, lakin onların bəzilərində patoloji, bəzilərində isə sırf fizioloji səbəb olur.
Bəs bu səbəblər nədir?
Birincisi irsi ola bilər, ən çox gördüyümüz səbəb budur. Əgər ana və ya ata keçmişdə altını isladıbsa gecə yatarkən uşaqda da baş vermə ehtimalı böyükdür. Bundan başqa, qəbizlik ola bilər. Antidiuretik hormonun çatışmazlığı ola bilər. Əsas diabet xəstəliyi ola bilər. Sidik kisəsinin düzgün işləməməsi, kiçik sidik kisəsi və ya sidik kisəsinin çox işləməsi bu vəziyyətə səbəb ola bilər.
Təbii ki, ailənin tualet vərdişləri qazandırarkən göstərdiyi təzyiqçi davranışları, gecə yatmazdan əvvəl çox su içməsi, çox dərin yatması da bu vəziyyətin səbəblərindən ola bilər. Müalicəsi üçün ya dərman müalicəsi, ya da davranış terapiyası tövsiyə edilir. Bəzən hər ikisini eyni anda istifadə edə bilər. Burada önəmli olan ailənin uşağa qarşı təzyiqçi münasibət göstərməməsi və uşağı cəzalandırmamasıdır. Bu həll edilə biləcək problemdir. Əsas səbəblərdən asılı olmayaraq, bu, müalicə olunacaq bir xəstəlikdir.

Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024