Uşaq nigahda olmayan şəxsdən olubsa…Valideynlər MÜTLƏQ OXUSUN

Uşaq nigahda olmayan şəxsdən olubsa…Valideynlər MÜTLƏQ OXUSUN


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaq nigahda olmayan şəxsdən olubsa…Valideynlər MÜTLƏQ OXUSUN

Uşaq nigahda olmayan şəxsdən olubsa…Valideynlər MÜTLƏQ OXUSUN
Ailənin birliyi və möhkəmliyi cəmiyyətin inkişafının birinci şərtidir. Bəli, elə "Ailə kiçik dövlətdir" də deyirlər. Bu kiçik dövlətlərin ömrünün uzun olması, demokratik normalar əsasında idarə olunması isə ümumilikdə ölkənin uğurudur. Lakin son zamanlar qloballaşmanın yaratdığı problemlərdən biri də əsrlərdir formalaşan ailə dəyərlərinin təhlükə altına düşməsidir. Artıq statistik rəqəmlər də vəziyyətin narahatedici olduğunu göstərir. Bunun da əsasında müxtəlif səbəb və problemlər dayanır. Boşanmaların səbəbləri müxtəlif olsa da, boşanma zamanı ortaya çıxan əsas məsələ əmlak bölgüsü və valideynlik hüquqlarında yaranır. Bu zaman kişilər adətən qadına ümumi hesab olunan ailə mülkündən heç bir pay vermək istəmir, qadın isə evlilik müddətində əldə olunan bütün mülkdə onun da payının olduğunu bildirərək haqqını tələb edir. Nəticədə həm bu proses uzanır, həm də çox vaxt xoşagəlməz hadisələrlə nəticələnir. Bu gün boşanmadan sonra ortaya çıxan əmlak və ortaya çıxan digər problemlərin necə həll olunmasından danışacağıq. Bu barədə Ailə Məcəlləsi qaydalarını və hüquqşünas fikirlərini diqqətinizə çatdıracağıq.

Ər və arvadın birgə mülkiyyəti dedikdə nə başa düşülür?

Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, ər-arvadın birgə mülkiyyəti onların nikah müddətində əldə etdikləri əmlakdan ibarətdir. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas ümumi iştirakçılıqdır. Ona görə də ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların birgə mülkiyyəti sayılır.Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri; ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına və kim tərəfindən qoyulmasından asılı deyil və ümumi birgə mülkiyyətə daxildir. Həmin əmlakın nikah dövründə əldə edilməsi onun ər-arvadın birgə ümumi mülkiyyəti olmasının əsas sübutudur.

Hüquq bərabərliyinə əsasən…

Ümumi əmlak üzərində sahiblik hüququna nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər ümumi səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) də malikdir. Göstərilən norma, əsasən, işləməyən qadınların qanuni hüquqlarının müdafiəsinə yönəldilmişdir. Qadınların ailədəki əməyi ərlə arvadın hüquq bərabərliyi prinsipinə əsasən, işləyən kişinin (ərin) əməyi ilə bərabərləşdirilir. Qeyd etmək lazımdır ki, birgə ümumi mülkiyyətin əmələ gəlməsinin əsasını qanunun tələb etdiyi qaydada bağlanmış nikahda qazanılmış əmlak ər-arvadın birgə mülkiyyəti təşkil edir. Yəni, Qeydiyyat İdarəsində bağlanmış nikahda qazanılmış əmlak ər-arvadın birgə mülkiyyəti sayılır.

Valideynlik hüquqlarından məhrumetmə qaydaları necə həll edilir?

Uşağın hüquq və mənafelərinin müdafiə edilməsi üçün görülən bütün tədbirlər lazımi nəticə vermədikdə valideynlik hüquqlarından məhrumetmə valideynlərə tətbiq edilən son tədbirdir. Ailə Məcəlləsinin 65-ci maddəsinə müvafiq olaraq, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən, onların iştirakı ilə baxır.Məhkəmədən başqa heç bir orqan valideynlik hüquqlarından məhrum edilməsi ilə bağlı məsələyə baxmaq hüququna malik deyil. Bu kateqoriyalı işlərə məhkəmə tərəfindən mülki mühakimə qaydasında baxılır. Məhkəmələrdə valideynlik hüquqlarından məhrumetmə haqqında iddia qaldırmaq hüququ olan şəxslər aşağıdakılardır:a) valideynlərdən biri (və ya onları əvəz edən şəxslər, yəni qəyyum, himayəçi, himayədar valideynlər);b) yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının müdafiəsini təmin etmək vəzifəsi həvalə olunan orqanlar – qəyyumluq və himayəçilik orqanı, yetkinlik yaşına çatmayanların işi üzrə komissiyalar, yetim uşaqlar və valideyn himayəsindən məhrum olan uşaqların tərbiyyəsi ilə məşğul olan müəssisələr və əhalinin sosial müdafiəsi müəssisələri.Digər maraqlı şəxslər (məsələn, yaxın qohumlar, qonşular) və ya orqanlar valideynlik hüquqlarından məhrumetmə iddiası ilə bilavasitə məhkəməyə müraciət etmək hüququna malik deyillər. Onlar bunu müvafiq orqanların vasitəsi ilə, onların qarşısında vəsatət qaldırmaqla bu barədə işin baxılmasına nail ola bilərlər.Ailə Məcəlləsinin 65-ci maddəsində göstərilməyən orqanın və ya şəxslərin valideynlik hüquqlarından məhrumetmə haqqında iddiası ilə məhkəmədə baxılan iş üzrə qəbul olunmuş qətnamə ləğv edilə bilər.

Uşağın ad və soyadını necə dəyişdirmək olar?

Hər bir uşağın ad, ata adı və soyadı daşımaq hüququ var. Uşağın adı və soyadı valideynlərinin qarşılıqlı razılığına əsasən, ata adı isə atasının adına əsasən verilir. Uşağın soyadı valideynlərinin soyadı ilə müəyyən edilir. Valideynlərin soyadı müxtəlif olduqda, onların hər ikisinin razılığı ilə uşağa atanın və ya ananın soyadı verilir. Uşağın atasını müəyyən etmək mümkün olmadıqda, uşağın soyadı anasının soyadına əsasən verilir (AM, 53-cü maddə).Uşaq nikahda olmayan anadan doğulubsa və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi yoxdursa, uşağın atasının adı ananın göstərişi üzrə yazılır (AM, 46.3-cü maddə).Qüvvədə olan qanunvericilik uşağın adının və soyadının dəyişdirilməsinə yol verir. Qəyyumluq orqanları və himayə orqanları uşaq 18 yaşına çatanadək onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər (AM, 54.1-ci maddə).

Bu məsələdə valideynin rəyi nə vaxt nəzərə alınmır?

Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə, qəyyumluq və himayə orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Qanunvericilikdə bu məsələ ilə bağlı digər valideynin rəyinin nəzərə alınmadığı hallar da göstərilir. Belə ki, digər valideynin yerini müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyi nəzərə alınmaya da bilər (AM, 54.2-ci maddə).

Uşaq nigahda olmayan şəxsdən olubsa…

Uşaq nikahda olmayan şəxsdən olubsa və atalıq qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, qəyyumluq və himayə orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının ananın daşıdığı soyada dəyişdirilməsinə icazə verə bilər. Bu, uşağın 10 yaşı tamam olduqda onun öz razılığı ilə həyata keçirilə bilər (AM, 53.4, və 54.4-cü maddələr). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadının dəyişdirilməsi Qeydiyyat İdarəsində qeydiyyatdan keçirilməlidir. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər.Beləliklə, bütün məsələlərdə, ilk növbədə, hüquq və vəzifələrimizi bilməli, sonra problemin həllinə çalışmalıyıq.(qadin.az)

Dostlarınla Paylaş

Saytda 407 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024