Uşaq otağını hazırlayarkən 12 amilə diqqət edin

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaq otağını hazırlayarkən 12 amilə diqqət edin

Uşaq otağını hazırlayarkən 12 amilə diqqət edin
Uşaq otağını hazırlayarkən bəzi əhəmiyyətli detalları nəzərdən qaçırtmayın.

1. Uşaq otağı evdə ən çox günəş düşən otaqlardan biri olmalıdır. Bəzi vaxt şimal şərq və şimal qərb tərəfdə də ola bilər.

2. Uşaq otağına bütün otaq boyu xalça sərməyin. Bunun əvəzinə asan təmizlənən parket və ya allergiya verməyən bir xalıdan istifadə etmək daha münasibdir.

3. Mütləq havalanmasını təmin edə biləcək pəncərələr olsun. Hava sirkulyasiyası olmayan otaqlar uşaqların sağlamlığına mənfi təsir göstərir.

4. Uşaq otağında həmişə istiliyə nəzarət edə bilməniz üçün termometr yerləşdirin ki, çox isti olduqda istiliyi azalda biləsiniz. Uşaq otaqları üçün ideal temperatur 22-24 dərəcədir.

5. Uşağınız üçün seçdiyiniz çarpayının dəmir barmaqlıqlarının arası 2,5 sm-dən dar olmamalıdır.

6. Çarpayının yataq qoyulan əsas hissəsini aşağı salmaq mümkün olmalıdır, beləcə körpə böyüdükcə bayıra çıxmaması üçün tənzimləmələr edilə bilər.

7. Körpənin yatağı çox sərt və ya çox yumşaq olmamalıdır. 2 yaşına qədər körpələr üçün yastıqlardan istifadə etmək tövsiyyə edilmir.

8. Körpə yataqları üçün ucuları rezinli döşəkağılardan asanlıqla istifadə edilə bilər, digər döşəkağılar isə qırışıb körpəyə dolana bilər.

9. Uşaq otaqlarına canlı bitkilər qoymayın. Eyni zamanda televizor, musiqi mərkəzi kimi electron çihazlar da körpənin otağında olmamalıdır.

10. Boyanın qoxusu körpəni rahatsız edə bilər, ona görə də o doğulana qədər divarları boyayıb qurtarın ki, havandırmağa imkanınız olsun. Mebellərə gəldikdə isə boya qoxusu otaqdan tamamilə çıxdıqdan sonra onları yerləşdirin ki, boyanın qoxusunu özünə çəkməsin.

11. Otaqda açıq rənglərdən istifadə etmək sakitlik və rahatlığa səbəb olur. Bu səbəbdən divarın rəngini mavi, açıq-çəhrayı, açıq yaşıl tonlarda seçə bilərsiniz.

12. Körpənizin otağında uzun tüklü oyuncaqlar olmasın. Bunlar allergiyaya səbəb ola bilər.

Nigar

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 125 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021