![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Məsələ ilə bağlı açıqlama verən pediatr Xəyalə Quliyevanın sözlərinə görə, bu hal adət halını alırsa, uşaq ətraf mühitdən təcrid olunaraq yalnız bu hərəkəti etməyə başlayırsa, oyunlar oynamaq əvəzinə yalnız cinsiyyət üzvü ilə oynayırsa, bu, artıq normadan çıxma halına gəlmiş olur.
Bu nədən qaynaqlanır?
X. Quliyeva mövcud vəziyyətin səbəblərini açıqlayıb:
- Övladınıza yetərincə diqqət etmirsiniz
- Ailəyə yeni körpə gəlib
- Ata və ana və ya evdə olan böyüklər arasında daimi münaqişə, mübahisələr
- Uşağın əhatəsində onun mrağını çəkən bir şeyin olmaması
- Uşağın özünü güvəndə hiss etməməsi.
Bəs bu halda nə etməli?
"Əvvəlcə uşağın cinsiyyət orqanında hər hansı qaşınma qızartı və ya başqa narahatlıq olmadığından əmin olmaq lazımdır. Övladınıza həmin an qışqırmayın. Qorxutmaq lazım deyil, bu, vəziyyəti daha da kəskinləşə bilər. Övladınızın özünü güvəndə hiss etməsinə şərait yaradın. Sevgi və diqqəti artırın. Bu hərəkəti kimsənin görmədiyi yerdə etmək lazım olduğunu amma məsləhət bilmədiniyinizi söyləyin", - deyə pediatr qeyd edib. (Medicina.az)