Uşaqlara deyilməli olan 50 ifadə | Tatli.Biz
Uşaqlara deyilməli olan 50 ifadə

Uşaqlara deyilməli olan 50 ifadə


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlara deyilməli olan 50 ifadə

Uşaqlara deyilməli olan 50 ifadə
İnamınız və sevginizlə övladlarınızı çox sevindirmiş olacaqsınız.

"Afərin , əla" sözlərindən başqa uşaqlarınıza onlara dəstək verəcəyiniz digər ifadələr də işlədin. Bu çox vacibdir. Belə ifadələri eşidən uşaq ona inandığınızı, onu sevdiyinizi və anladığınızı hiss edəcək. Rusiyalı uşaq psixoloqu Yekaterina Kes ünsiyyət zamanı uşaqlara deyə biləcəyiniz sözlərin siyahısını hazırlayıb:

Uşağınıza inandığınızı göstərin

. Mən sənə inanıram

. Mən sənə etibar edirəm

. Sənin qərarına hörmətlə yanaşıram

. Bu asan deyil, amma səndə mütləq alınacaq

. Sən hər şeyi düz edirsən

. Hər şeyi düz başa düşürsən

. Sən bunu necə edə bilmisən?

. Bunu necə etdiyini mənə də öyrət.

. Sən bunu məndən daha yaxşı edirsən.

. Bu mənə nisbətən, səndə daha yaxşı alınır.

Onların zəhmətinə və çalışmalarına diqqət göstərin

. Görürəm ki, bunu etməyə çox zəhmət çəkmisən.

. Görürəm ki, çox çalışmısan.

. Bunun üzərində zəhmət çəkmisən və bu da çox gözəl alınıb.

. Əla alınır!

. Təsəvvür edirəm nə qədər vaxtın gedib!

. Təsəvvür edirəm ki, bunun alınması üçün nə qədər zəhmət çəkmisən!

. Bunun belə alınması üçün sənə nə qədər fikirləşmək lazım olub!

. Əziyyətin yaxşı nəticələrə gətirib çıxartdı.

Bir yerdə keçirdiyiniz vaxta görə təsəkkür edin

. Səninlə keçirdiyim vaxtı çox qiymətləndirirəm.

. Sabah yenə səninlə bir yerdə oynamağımı səbirsizliklə gözləyirəm.

. Səninlə çox maraqlıdır.

. Sevinirəm ki, sən evdəsən.

. Səninlə birlikdə oynamaq çox maraqlı və xoşdur.

Ona əldə etdiyi nəticəni qiymətləndirməyə kömək edin

. Sən bu haqda nə fikirləşirsən?

. Sənin üçün necə xoş olduğunu təsəvvür edirəm.

. Burda ən çox nə xoşuna gəlir?

. Bəs sən özün nə düşünürsən?

. Özün bu haqda nə fikirləşirsən?

. Bunun necə olmasını istəyərdin?

Kömək üçün təşəkkür edin

. Çox sağ ol ki, kömək etdin ( hər hansı konkret işə görə)

. Bunu etdiyinə görə çox sağ ol.

. Köməyinə görə çox sağ ol.

. Anlayışlı olduğun üçün təşəkkür edirəm.

. Sən özün mənim üçün böyük köməksən, çox sağ ol.

. Sənin köməyinlə işimi tez bitirdim.

. Sənin köməyinlə hər yer tər-təmiz oldu.

Gördüklərinizi sözlə ifadə edin

. Bax bu əladır! Otaq tər-təmizdir!

. Afərin! Yatağını yığışdırmısan!

. Necə parlaq rənglərdən istifadə etmisən!

. Görürəm ki, çox çalışmısan!

. Görürəm ki, stolun üstünü yığışdırmısan!

Hiss etdiklərinizi ifadə edin

. Səninlə oynamaq çox xoşuma gəlir.

. Sənin evdə olmağın məni çox sevindirir.

. Hiss edirəm ki, biz bir komandayıq.

. Sənin belə danışmağın mənim üçün çox xoşdur.

. Mənim övladım olduğun üçün mən çox xoşbəxtəm.

. Sənin mənə kömək etməyin mənim üçün çox xoşdur.

Dostlarınla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023