Uşaqlarda iştahanın artırılması yolları

Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlarda iştahanın artırılması yolları

Uşaqlarda iştahanın artırılması yolları
Əvvəlcə uşağınızın niyə yeməkdən imtina etmə səbəbini aydınlaşdırın. Onlara istəmədikləri yeməyi məcburən yedirtməyin. Bu heç də yaxşı nəticə verməyəcək.

İştahdan kəsilmənin əsas səbəbləri:

Balanslaşdırılmamış qidalanma və ya zərərli qəlyanaltılar

Uşaqlar tez-tez yeməkdən əvvəl peçenye, konfet, bulka və ya buterbrodlar yeyirlər. Təbii ki, belə halda uşaq yemək stolunun arxasında oturanda yeməklərdən imtina edəcək. O, sadəcə yemək istəməyəcək. Yemək zamanı iştahanın bərpa olunmasının yeganə yolu qəlyanaltıların təxirə salınması və ya onlara buterbrod yox, alma yeməyi təklif etməkdir.

Bəzi fəndlər

Məsələn, uşağınız şorba içmək istəmir. O bilir ki, bu yeməyə etiraz etdikdə valideyinləri ona başqa yeməklər təklif edəcəkdir. Bu halda valideyinlər bir qədər yanaşmalarını dəyişməlidirlər. Onalr uşağa istəmədiyini yedirtməməlidirlər. Sadəcə izah etməlidirlər ki, əgər yemək istəmirsənsə, yeməyə bilərsən. Ancaq axşam yeməyi 4 saatdan sonra olacaq. Təcrübə göstərir ki, bu ən təsiredici metoddur. Əsas odur ki, yeməkdən əvvəl uşaqlarınıza digər qidalar verməyəsiniz.

Maddələr mübadiləsinin fərdi xüsusiyyətləri

Əksər valideyinlər uşaqları az yediyikləri üçün vahiməyə düşürlər. Ancaq bu heç də uşağın iştahsız olması demək deyil. O normal inkişaf edir, xəstələnmir, ancaq digər uşaqlar kimi az yeyir. Bu onun fərdi bioritmindən irəli gəlir. Bundan əlavə ilin müxtəlif vaxtlarında uşaqların iştahası da fərqli olur.

İştahanın azalmasına fizioloji amillər də təsir göstərir. Bu halda mütləq həkimə müraciət etməlisiniz. Əgər uşaq sağlamdır və sadəcə iştahası yoxdursa, onda sizə aşağıdakı məsləhətlər kömək edəcək:

1. Rəgli şəkillərlə olan qablar. Onlara belə qablar alın. Belə qablarda yemək yemək onlar üçün həm maraqlı, həm də xoş olacaq.

2. Yeməkləri fantaziya ilə hazırlayın. Bu sahədə yaradıcılığınız uşaqlara öz təsirini göstərəcək.

3. Uşaqlara yemək hazırlanma prosesində iştirak etməyi təklif edin və ya onlar stolun bəzədilməsində sizə kömək etsin. Bu da iştahanın artması üçün bir vasitədir.

4. Təmiz havada vaxt keçirməyə də diqqət yetirin. Uşaqların küçədə oynaması da iştahanın artmasına şərait yaradacaq.

5. Uşağı istəmədiyini yeməyə məcbur etməyin. Aldatma yolu ilə yeyilmiş yemək pis həzm olunur, qida borusunun refleks fəaliyyətini pozur və onun xəstəliyinə yol açır. Həmçinin, daima "brokolli" yeməyə məcburiyyət uşağı stol arxasında əyləşmək arzusundan çəkindirir. Çünki istəmədiyini yemək ona işgəncə kimi görünür.
Vəziyyəti bu həddə gətirmək lazım deyil.

Dostlarınla Paylaş

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Yuxu Yozmaları, Burc-il Yoxla, Doġum gununu hesabla, Ideal cekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Youtube Video Yuklə, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Lazımlı Programlar, Silinmiş şəkillərin geri qaytarılması

Saytda 71 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021