Uşaqları zərərli vərdişlərdən qoruyun – STOMATOLOQDAN XƏBƏRDARLIQ

Uşaqları zərərli vərdişlərdən qoruyun – STOMATOLOQDAN XƏBƏRDARLIQ


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqları zərərli vərdişlərdən qoruyun – STOMATOLOQDAN XƏBƏRDARLIQ

Uşaqları zərərli vərdişlərdən qoruyun – STOMATOLOQDAN XƏBƏRDARLIQ
Uşaqlarımızın gələcəkdə dişləri ilə bağlı problemlər yaşamamasını istəyiriksə, onları ta körpəlikdən aşağıda sadalayacağımız zərərli vərdişlərdən uzaq tutmağa çalışmalıyıq.

Bu zərərli vərdişlərdən uşaqlarımızı uzaq tutmaq, istər onların diş-çənə sistemində yarana biləcək anomaliyalardan, qüsurlardan, istərsə də ümumi orqanizmini bir çox xəstəliklərdən qoruyar.

zərərli vərdişlərə əmziklərdən uzun müddət istifadə, barmaq əmmə, dil əmmə, yanaqları əmmə, dırnaq yemə, diş çöpündən mütəmadi istifadə, dişlər vasitəsi ilə mütəmadi tum çırtlama, yanlış diş fırçalama və s. aiddir: "Valideynlər nəzərə almalıdır ki, körpə əmzikdən mümkün qədər az istifadə etməlidir (məsələn, narahat olduqda, yatmazdan əvvəl ). Əmziyə aludə olan və uzun müddət ərzində əmzikdən istifadə edən körpələrdə dişlərin formalaşmasında problemlər yaranır (dişlərin əyri çıxması, açıq dişləm və s.). Hazırda satışda dişlərin formalaşmasına daha az mənfi təsir göstərən xüsusi ortopedik əmziklər var ki, onlardan istifadə daha məqsədə uyğundur. Bundan əlavə əmzik müxtəlif infeksiyaların orqanizmə daxil olmasına vasitəçilik edir. Əmzikdən istifadə edən uşaqlarda gingivit, stomatit, otit və s. iltihabi xəstəliklərin rast gəlmə tezliyi əmzikdən istifadə etməyən uşaqlarla nisbətdə 2 dəfə çoxdur.

Barmaq əmmə, uşaqlarda heç bir psixo-patolojik səbəb olmadan 2,5 – 3 yaşlarına qədər görünən normal və demək olar ən güclü refleksdir. Hətta bir çox uşaq ana bətnində olandan bu refleksə yiyələnməyə başlayır. Bəzi doğulan uşaqların barmaq ya da biləklərində olan qabarcıqlar bunun göstəricisidir. Edilən araşdırmalar göstərir ki, 2 yaşını keçmiş uşaqlarda barmaq əmmə gələcəkdə diş-çənə sistemində yarana biləcək anomaliyalar riskini artırır və zərərli vərdiş olmaya keçir. Əgər barmaq əmmə vərdişi daimi dişlərin çıxmasından qabaq qurtararsa mənfi təsirləri çox olmaz. 5 yaşından, yəni daimi dişlərin çıxmasından qabaq vərdiş unudularsa, dişlərin anormal qapanması özü-özünə normallaşma yoluna girər. Yox əgər 6 yaşından sonra da barmaq əmmə vərdişi davam edərsə, bu artıq diş-çənə sistemində yaranacaq anomaliyaların - açıq dişlər, üst ön dişlərin önə, alt ön dişlərin arxaya, damaq tağının daha dərin olması, burunla nəfəsalma da problemlər və s və gələcəkdə ortodontik müalicəyə ehtiyacın xəbərçisidir. Dil və yanaqları əmmə vərdişləri də müvafiq olaraq diş sırasının ön və yan nahiyələrinə (açıq dişləm, çəp dişləm, dişlərin əyri çıxması, yanağın selikli qişasında yaralar və s.) mənfi təsir göstərməkdədir.

Dırnaqları yemə vərdişi (onikofagiya) diş sırasında əmələ gələn anomaliyalardan başqa, həm də infeksiya və bir sıra parazit yumurtalarının orqanizmə əsas daxil olma yollarından və beləliklə bir çox infeksiya, parazitar xəstəliklərin başlanğıc səbəblərindəndir. Diş çöpündən istifadə dişlərin formalaşması zamanı onların əyri çıxmasına səbəb olur. Həmçinin, dişin sirkulyar bağ aparatını zədələyərək, onda patolojik diş əti cibinin yaranmasına səbəb olur. Bu isə mikrobların çox sevdiyi toplanma yeridir. Diş çöpündən istifadə həm də diş ətinə travma yetirərək, gingivitin yaranmasına yol açır. Bu səbəbdən yaxşı olar ki, dişlər arası nahiyələrdə qalan qida qalıqlarını diş çöpü ilə deyil, diş sapı ( floss ) ilə təmizləyəsiniz".

Uzun müddət tum çırtlayanların ön dişlərinin kəsici kənarlarında müvafiq oyuqlar və mina səthində mikroçatlar əmələ gəlir. Bu oyuqlar dərinləşdikcə dişdə həssaslığın yaranmasına səbəb olur. Mina səthində yaranmış mikroçatlar isə mikrobların dişin daxili qatlarına sızmasına səbəb olur. Yanlış diş fırçalama dişin boyun səthində minanın aşınmasına, pazabənzər formalı oyuqların yaranmasına və həmçinin diş əti çəkilmələrinə səbəb olur. Hər iki halda güclü həssaslıq meydana gəlir.

Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024