Uşaqlarınıza bunları etməyin!

Uşaqlarınıza bunları etməyin!


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlarınıza bunları etməyin!

Uşaqlarınıza bunları etməyin!
Hər biri fərqli xüsusiyyətlərə sahib bir fərd olan uşaqlarımızı digərlər ilə müqayisə etmək, birini digərindən üstün tutmaq onları ruhdan sala bilər.

Valideyn olaraq cinsindən asılı olmayaraq uşaqlarımıza bərabər davranmağı öyrənməliyik.

Ekspertlərdən ana-atalar üçün uşaqların normal davranış və düşünməsinə təsir göstərəcək " qızıl " qaydalar qəbul edib. Qadin.az saytı bu qaydaları təqdim edir:

* Uşaqlarınızı bir-birləriylə və başqa uşaqlarla müqayisə etməyin! Uşaqlarınızı müqayisə etmək yetkin fərdlər olduqlarında belə onların yaddaşlarında unudulmaz zədələrə səbəb ola bilər.

* Onlarla fərdi vaxt keçirin. Mümkün olduğu qədər hər biri üçün müəyyən zaman ayırın. Necəki işinizdə danışıqlarınızı görüş vasitəsilə həll edirsiniz, uşaqlarınıza da bu imkanı tanıyın. Bu müddəti onların xoşladıqları əyləncələrlə dəyərləndirin.

*Uşaqlarınızla ünsiyyətdə olarkən özünüzü onlarla eyni səviyyədə göstərin. Göz təması qurarkən əyilin. Gözləriniz onlarınkı ilə eyni xəttdə olsun. Bu, daha asan ünsiyyət qurmağınızı təmin edəcək. Ümumiyyətlə "dostum", "yoldaşım" kimi xitab formaları başlarının qarışmasına səbəb olacağı üçün "oğlum" ya da "qızım" deməyi seçim edin.

* Oyun oynayarkən öyrədin və tamamilə onlarla olun. Cib telefonu, planşetinizi bağlayıb bir kənara qoyun. Özünüzü tamamilə uşağınıza həsr edin. Oynadığınız oyunlarla paylaşmağın, qrup formalaşdırmağın, birlikdə olmağın vacibliyini başa salın.

* Səhv etmələrinə icazə verin. Əhəmiyyətli olanının nəticə deyil, müddət olduğunu və bir məqsəd üçün hərəkətə keçməyin vacibliyini anlamalarını təmin edin. Etdikləri səhvlər üçün tənqid etmək yerinə onlarla danışın. Uşaqlarınıza laqeyd yanaşmayın.

* Yerə düşürdükləri oyuncaqları siz götürməyin, bunu onların özlərinin edə biləcəyini başa salın. Çünki əks təqdirdə hər şeyi başqalarından gözləmənin təbii olduğuna inanırlar. Edə biləcəkləri işləri özləri bacardıqca və düşdükləri yerdən özləri qalxmağı öyrəndikcə özünə inamları artacaq.

* Məsuliyyət verin. Məsələn, heyvanlarınıza və ya çiçəklərinə qulluq etməyi tapşıra bilərsiniz. Yeri gəldikcə tərif dolu sözlərlə mükafatlandırın. Laqeydlik edərsə tənqidi rəftar etməyin.

* Sənətçi istiqamətini dəstəkləyin. Çəkdiyi hər rəsmi bəyənin. Öyrəndiyi mahnıları söyləməsi üçün dəstəkləyin. Birlikdə söyləyin. Uşaqlar bir şeylər edərkən valideynləri tərəfindən izlənilməyi çox xoşlayır.

* Sözlərinizi deyil , davranışlarınızı nümunə aldıqlarını bilin. Ardıcıl olmaq uşaq böyütməyin ən əhəmiyyətli qanunudur. Sözünüzlə hərəkətiniz uyğun gəlmirsə uşağınızın sizə olan etibarı itə bilər. Davranışlarınız onlara bələdçilik edəcək.

* Ən əhəmiyyətli rol modelləri olduğunuzu unutmayın və hər davranışınızın təqlid edildiyini bilin.

Dostlarınla Paylaş

Saytda 251 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024