Uşaqlarınıza hər axşam bunları MÜTLƏQ EDİN

Uşaqlarınıza hər axşam bunları MÜTLƏQ EDİN


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlarınıza hər axşam bunları MÜTLƏQ EDİN

Uşaqlarınıza hər axşam bunları MÜTLƏQ EDİN
Uşaqlarınızla ünsiyyəti qüvvətləndirmək üçün bu 3 sual çox əhəmiyyətlidir.
qadınsaytı.az Yasemin.com-a istinadən sizə uşaqlarınızla ünsiyyət qurmanın əla fomulunu təqdim edir.

Uşaqlar böyüdükcə valideynlərin onlarla ünsiyyəti zəifləməyə doğru gedir. Bu qorxu valideynləri daim narahat edir.

Uşaqlarla elə axşam yeməyində bu suallar vasitəsi ilə gözəl ünsiyyət qura bilərsiniz.

1. Bu gün hansı cəsur hərəkətləri etdin?

Uşaqlarınıza cəsarətin yalnız böyük hadisələr törətməklə olmadığını izah edə bilərsiniz. Kiçik jestlərin belə cəsurcasına olduğunu onlara başa salmaq lazımdır. Bu sualla onlar cəsarətlərini tanımış olacaqlar və cəsarətin əslində nə mənaya gəldiyini biləcəklər. Bu gün yanlarında biz varıq. Onlar bizə güvənir, amma sabah təkbaşına olanda, özləri qərar verməli olanda bu cəsarət anlamı onlara çox kömək edə bilər.

2. Bu gün nə qədər nəzakətli idin?

Uşaqlar eyni ilə böyüklər kimi insafsız ola bilirlər. Bu hal bizim insanlığımızın bir parçasıdır. Əlbətdə yalnız insan olmaq kifayət etmir, həm də insansevər olmaq lazımdır. Məktəb bunun üçün ən gözəl yerdir. Çünki orada cəmiyyətin bütün üzvləri və təbəqələri təhsil alır.

Elə bununla da uşaq cəmiyyətin fərqliliyini özü üçün kəşf edə bilər. Ona görə də ilk növbədə uşaqlarımıza nəzakətin daha güclü olmaqda deyil, daha anlayışlı olmaqda gizləndiyini izah etməliyik. Onlara nəzakətin bir qüvvə olduğunu və hər gün bu qüvvələrindən istifadə etmələrini tövsiyyə etməliyik.

3. Bu gün hansı uğursuzluqlara düçar oldun?

Uşaqlarımızın daim uğur qazanmasını istəsək də, onlara da uğursuzluğu da izah etməliyik. Onların uğursuzluqdan qorxmadıqlarından əmin olmalıyıq. Tez-tez edilən səhvlər, yanlış addımlar və yanlış hökmlər utanc dolu nəticələr doğurur. Ona görə onlarla ünsiyyət qurmaq lazımdır. Onların bu utancı gizlətməyini istəmədiyimizə görə onlara bu şansı verməliyik. Ona görə hər axşam uşaqlarla uğursuzluqlar haqqında mütləq danışın. Həyatın bu üzü ilə onları tanış edin.

Bu 3 sualı hər gün illər ərzində uşaqlarınıza verin. Düzdür cavablar dəyişəcək, amma qətiyyən ünsiyyətiniz pozulmayacaq.

Dostlarınla Paylaş

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024