Uşaqlarınızla evdə səmərəli vaxt keçirə biləcəyiniz bəzi yollar | Tatli.Biz
Uşaqlarınızla evdə səmərəli vaxt keçirə biləcəyiniz bəzi yollar
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlarınızla evdə səmərəli vaxt keçirə biləcəyiniz bəzi yollar

Uşaqlarınızla evdə səmərəli vaxt keçirə biləcəyiniz bəzi yollar
Uşaqlarınızla evdə xoş vaxt keçirə biləcəyiniz bu yollardan bəzilərini sizə təqdim etmək istəyirəm.

Uşaqlarınıza diqqət göstərmək üçün sadə, asan və ən əsası isə həm sizin üçün, həm də uşaqlarınız üçün əyləncəli yollar var.

Birlikdə heyvan səsərini təqlid edin.

Kölgə oyunu oynayın.

Bir şəkli parçalara ayırın, sonra o parçaları birləşdirin.

Birlikdə tapmaca tapın.

Kağızdan təyyarə düzəldin.

Bir-birinizi təqlid edin.

Birlikdə boyunuzu ölçün.

Birlikdə kitab oxuyun.

Birlikdə şeir əzbərləyin.

Gecə pəncərədən və ya eyvandan ulduzlara tamaşa edin.

Birlikdə yanıltmac söyləyin.

Kibrit çöpləri ilə şəkil çəkin.

Eyvanda çiçək yetişdirin.

Birlikdə şəkil çəkin.

Gizlənpaç oynayın.

Stəkanlardan və qaşıqlardan musiqi aləti düzəldin.

Yastıqlardan maneə düzəldin və üzəindən tullanın.

Kağızdan qayıq düzəldin, sonra ləyəndə üzdürün.

Birlikdə tort hazırlayın.

Rəngli kağızdan fiqurlar kəsin.

Birlikdə səhər yeməyi hazırlayın.

Birlikdə gizlən-qaç oynayın.

Və ən əsası uşağınızla keyfiyyətli vaxt keçirin. Çünki onun qarşısına oyuncaq, televizor, komputer və s. qoymaq ona qayğı və diqqət göstərmək demək deyil.

Dostlarınla Paylaş

Saytda 171 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022