Uşaqlarla müxtəlif əylənmək üsulları | Tatli.Biz
Uşaqlarla müxtəlif əylənmək üsulları
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlarla müxtəlif əylənmək üsulları

Uşaqlarla müxtəlif əylənmək üsulları
Uşaqlarla müxtəlif əylənmək üsulları
Uşaqlar evin bəzəyi,sevinci və Allahın bizə verdiyi əvəzolunmaz varlığıdır.

Uşaqların möcüzəvi enerjisi ilə dağılan evinizi qorumaq istəyirsinizsə, onları müxtəlif üsullarla əyləndirməyi bacarmalısınız. Bu gün bir neçə üsulla sizi tanış etmək istəyirəm.

Yeməli plastilin hazırlayın.

Bunun üçün bizə lazım olacaq:

* 0,5 st. yumşaldılmış kərə yağı

* 1 xörək qaşığı qatı qaymaq

* Dörddə bir çay qaşığı vanilin ekstraktı

* 3-4 stəkan şəkər kirşanı

* qida boya maddəsi

Öncə kərə yağı və qaymağı mikserlə çalın. Sonra şəkər tozunu yavaş-yavaş əlavə edin. Hazırladığımız kütlə qəliblər üçün kifayət qədər qalın və bərk olmalıdır. Sonda vanilini əlavə edib yenidən bir az qarışdırırıq. Kütləni bir neçə hissəyə bölüb istədiyimiz rənglərdə qida boyası əlavə edib yenidən qarışdırırıq. Əgər qida boyasından istifadə etmək istəmirsinizsə, ağ kütlə kimi də istifadə edə bilərsiniz. Kütləmiz hazırdır və uşağınızla müxtəlif fiqurlarla onu hazırlamağa başlayın. Bu həm sizin üçün, həm də övladınız üçün son dərəcədə maraqlı və əyləncəli olacaq. Ən əsası odur ki, sonda bunu yemək olar.

Uşaqlarla müxtəlif əylənmək üsulları
Adi sərinkeşi rəngbərəng göy qurşağına bənzədin.

Uşağa sərinkeşin qanadlarının hər birini müxtəlif rənglərdə rəngləməyə icazə verin. Bir az qurumağını gözləyin və övladınıza sevinc bəxş edin.

Evdən yelləncək asın.

Evdə yelləncək asmaq çox maraqlı olur. Bunu həyətdə etmək o qədər də vacib deyil. İnanın ki, uşağınız bütün gün bu yelləncəkdə yellənə bilər.

Uşaqlarla müxtəlif əylənmək üsulları
Qaranlıqda işıq saçan yumşaq kütlə hazırlayın.

Bunun üçün bizə bunlar lazımdır.

* Ultrabənövşəyi lampa

* B vitamini kompleksi

* Un

* Su

* Bitki yağı

* Şərab daş (mağazalarda tapmaq olar)

* Duz

B vitamini kapsuladırsa, sadəcə olaraq açın və tozu əlavə edin. Üzərinə 4 çay qaşığı şərab daşı və 2 stəkan un və 2 stəkan duz əlavə edib yaxşı-yaxşı qarışdırın. Sonra 2 stəkan isti su və 2 xörək qaşığı bitki yağı əlavə edin və orta odda qoyub yavaş-yavaş qarışdırın. Elə edin ki, hazırladığımız kütlə plastilinə bənzəsin və ələ yapışmasın. Hazır olduqdan sonra soyumasını gözləyirik və qaranlıq otaqda lampa yandırın. Hazırladığımız kütlənin necə işıq verdiyinin, parladığının şahidi olacaqsınız.

Öz qarınızı özünüz hazırlayın.

Əgər hələ qış mövsümünə çox qalıbsa və əgər körpəniz qarla oynamaq istəyirsə, bu zaman öz qarınızı özünüz hazırlayın. Bunun üçün bizə sadəcə üz qırxmaq üçün köpük və qarğıdalı nişastası lazımdır.

Bunları birlikdə qarışdırdığımız zaman yumşaq qar əmələ gələcək. Əgər daha da rəngarəng etmək istəsəniz, qida boyasından da istifadə edə bilərsiniz.

Övladınızdan ən xırda əşyalardan müxtəlif üzlər hazırlamağı xahiş edin.
Bunun üçün ona düymələr, muncuqlar, butulka qapaqları, şurublar və s. verin. O da öz fantaziyasının gücü ilə müxtəlif sifətlər hazırlasın. Bu onun üçün əyləncəli və maraqlı olacaq. Buna əmin ola bilərsiniz.

Karton qutulardan labirint hazırlayın.

Karton qutulara qapılar açaraq onları bir-birinə yapışdırın. Nəticdə isə uşağınızın bir günlük əyləncəsi təmin olunub.

Karton qutulardan əyləncəli oyun vasitələri hazırlamaq olar.

Karton qutunun üzərinə kiçik bir şəhər çəkin. Burada yollar çəkin, maşınlar və insanlar çəkin. Davamını isə uşaq özü fantaziyasını işlədərək oynayacaq.

Şəkil çəkmək üçün qeyri-adi boyalar hazırlayın.

Saç geli ilə qida boyasını yaxşı-yaxşı qarışdırın. Hazırladığınız bu boya ilə övladınız sehrli şəkillər yaradacaq.

Dondurma və şirniyyat üçün şokaladlı boşqab hazırlayın.

İlk olaraq şokoladı su hamamında əridin. Sonra isə doldurulmuş şarı onun üstünə basın və soyumasını gözləyin. Soyuduqdan sonra ehtiyatla partladın.

Dostlarınla Paylaş

Saytda 106 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022