Uşaqlıqdan gələn xroniki yorğunluq | Tatli.Biz
Uşaqlıqdan gələn xroniki yorğunluq
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Uşaqlıqdan gələn xroniki yorğunluq

Uşaqlıqdan gələn xroniki yorğunluq
Uşaqlıq vaxtı alınan hər hansı ciddi zədə, irəli yaşlarda xroniki yorğunluq sindromuna yol aça bilər. Həmçinin müxtəlif yaddaş və konsentrasiya problemlərinin yaranmasına da səbəb olur. Bu xəstəliyin gündəlik həyatda əzələ, baş və boğaz ağrısı kimi simptomları yaşanır.
Məlumata görə Emory Universiteti də bu istiqamətdə tədqiqatlar aparıb. Nəticədə müəyyən edilib ki, uşaqlıq travması yaşayanlar daha pis əlamətlər göstərməyə meyilli olurlar. Tədqiqata cəlb edilən 60 nəfərlik nəzarət qrupu 43 adamın müqayisəli təhlillərinə istinadən bunu bildirib.
Mütəxəssislərin fikrincə xroniki yorğunluq sindromu immunəsəb sisteminin pozulması ilə yaranır.
Xəstəliyin səciyyəvi cəhətləri kimi xəstənin özünü daim yorğun hiss etməsi, uzun müddət istirahət etməsinə baxmayaraq yorğunluq hissinin keçməməsi göstərilir.
Eləcə də bir qrup insanlarda çəkinin azalması, azhərəkətli həyat tərzi sürən imkanlı şəxslərdə isə əksinə 1-2-ci dərəcəli piylənmə yaranır. Oynaqlarda, xüsusən də iri oynaqlarda və onurğa sütunu əzələlərində uzun müddət davam edən ağrılar, ruh düşkünlüyü, əhval-ruhiyyənin aşağı olması, süstlük, soyuqluq xəstəliyin səciyyəvi xüsusiyyətlərindən sayılır.

Dostlarınla Paylaş

Saytda 85 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022