Valideyn haqqı

Valideyn haqqı


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Valideyn haqqı

Valideyn haqqı
Peyğəmbərdən hədislər:

Valideynin övlad barədə etdiyi dua ən tez qəbul olunan duadır.

Ana haqqı ata haqqından iki dəfə artıqdır.

Ata-ananın üzünə sevgi ilə baxmaq özü ibadətdir.

Ata-ananıza yaxşılıq etsəniz övladlarınız da sizə yaxşılıq edər.

Ata-anasını üzənlər Cənnətin qoxusundan belə məhrum olarlar.

Bu üç dəstə Cəhənnəm əzabından amanda qalar: ata-anasına qayğı göstərib onları razı salan övladlar, ərinə itaət edən qadınlar və insanlara xeyirxahlıq edən şəxslər.

Yanında qocalan ata-anasının razılığını qazana bilməyənlərin burnu yerə sürtülsün.

Ömrünün uzun, ruzisinin bol olmasını istəyənlər ata-anası ilə mehriban davranıb qohumluq əlaqələrini kəsməsin.

İnsanlar içində ən böyük haqq övladın üzərinə düşən ata-ana haqqı, qadının üzərinə düşən ər haqqıdır.

İnsandan namaz barədə soruşulduqdan sonra ata-ata haqda soruşarlar.

Ata-anasının ehtiyyaclarını təmin edən və onların başqalarına möhtac olmamaları üçün çalışan şəxs Allah yolunda çalışan şəxslər kimidir.

Ən fəzilətli əməl vaxtında qılınan namazdan sonra ata-anayaya edilən yaxşılıqdır.

Allah-Taala qiyamət günü üç dəstəyə rəhmət baxışı ilə nəzər salmaz: ata-anasına qarşı üsyan edənlərə, şərab içənlərə və etdiyi yaxşılıqlara görə minnət qoyanlara.

Dostlarınla Paylaş

Saytda 95 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024