Valideynlərimizə deməyə çəkindiyimiz 15 söz

Valideynlərimizə deməyə çəkindiyimiz 15 söz


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Valideynlərimizə deməyə çəkindiyimiz 15 söz

Valideynlərimizə deməyə çəkindiyimiz 15 söz
Biz özümüz valideyn olmayana qədər valideynlərimizin hansı sınaqlardan keçdiyini anlamırıq.

Hər birimizin valideynlərimizə demək istədiyimiz sözlər var, amma onları ifadə etmək o qədər də asan olmur. Ümid edirik ki, biz həmin sözləri ifadə edə bilməsək də, onlar bunu ürəyimizdən keçirdiyimizi hiss edirlər.

Siz mənim ən böyük qəhrəmanlarımsınız Valideynlərimiz təkcə bizi dünyaya gətirmirlər, həyatda hər addımımızda əsl qəhrəman kimi yanımızda olurlar, lazım gələndə özlərini riskə atırlar.

Mən hər gün sizi düşünürəm
Mən nə qədər çox məşğul olsam da həmişə sizin haqqınızda düşünürəm. Mənim ürəyim həmişə sizin ürəyinizi hiss edir.

Sizin övladınız olduğuma görə fəxr edirəm
Mən bunu xahiş etməsəm də, siz məni öz evinizdə böyütmüsünüz, məni müstəqil adam olmağım üçün hər şeylə təmin etmisiniz.

Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm
O qədər mənim üçün etdiyiniz və sizə əhəmiyyətsiz görünən xırda şeylər var ki, onlara görə sizə təşəkkür edirəm. Bu minnətdarlıq mənim ürəyimdədir. Bu dünyada sizsiz necə yaşayardım, heç təsəvvür etmirəm.

Mən sizi xatırlayıram
Hansı sınaqlardan keçdiyimizi xatırlayıram. Bu sınaqlara baxmayaraq siz mənə ehtiyacım olan dəstəyi vermisiniz ki, mən o sınaqlarla üz-üzə qalmayım.

Sizdən ötrü darıxıram
Öz karyeramı və ailəmi qurmaq üçün sizdən uzada yaşayıram. Ancaq sizdən ötrü çox darıxıram.

Sizə görə mən yaxşı olmağa çalışacam
Mən özümü və yaxınlarımı məyus etməmişəm. Sizin sevginizə görə mən genişürəkli və güclü insana çevrilmişəm.

Sizi sözlə ifadə edilməyəcək qədər çox sevirəm
Sevgi sözlərdən çox əməllərdə görünür. Amma ürəyimdə sizə qarşı o qədər sevgi var ki, onu sizə danışmağa bir əsr bəs etməz.

Mənə görə nələrdən imtina etmisiniz, həmişə ürəyimdə bunu düşünürəm
Uşaqları birinci yerə qoymaqla öz maraqlarınızın, arzularınızın üstündən xətt çəkmisiniz.

Sizi itirmək qorxusu həmişə məni qorxudur
Mənim həmişə sizin həyatımda olmağınızı bilməyə ehtiyacım var. Nə vaxtsa valideynlərimi itirmək düşüncəsi məni çox qorxudur. Siz olmayanda mən həyatımı davam etdirməli olduğumu bilirəm, amma bunun öhdəsindən necə gələcəyimi bilmirəm.

Çox təəssüf edirəm
Çox səhvlər etmişəm. Bilərəkdən və bilməyərəkdən etdiyim bütün səhvlərə görə üzr istəyirəm. Özümü ərköyün eqaist kimi apardığıma görə üzr istəyirəm.

Siz mənim ən yaxşı dostlarım olacaqsınız
Sizi əvəz etmək mümkün deyil. Siz həmişə həyatımım xüsusi məqamlarını bölüşdürmək istədim əsas adamlarsınız.

Sizə hər şeyi bağışlaya bilərəm
Sizdən küsülü qalmaq mənə çox çətin olar. Bizim münasibətlərimiz mənim üçün vacibdir. Bəzən sizin hərəkətləriniz mənə ağrı verib, ancaq mən hər şeyi bağışlayıram.

Mənim uşaqlarım sizin həyatınızın əsas hissəsi olacaq
Mənim övladlarım heç vaxt sizdən uzaqda olmayacaqlar. Onlar həyatlarının ən xoşbəxt anlarını sizinlə birlikdə keçirəcəklər.

Mən heç vaxt sizinlə vidalaşa bilməyəcəyəm
Siz həmişə mənim ürəyimdə olacaqsınız. Həmişə sizin haqda xatirələrimi qoruyub saxlayacam. Əgər nə vaxtsa siz olmasanız belə, siz həmişə mənimlə olacaqsınız.

Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024