Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI
Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır.

Dünya statistikasına görə hazırda 50000-dən çox uşaq VAXTINDAN ƏVVƏL DOĞULMUŞLARIN RETİNOPATİYASI xəstəliyinə görə kordur. Bu xəstəlik vaxtından əvvəl doğuşla əlaqədar olaraq gözün daxilidə yerləşən, görmə üçün vacib olan retina təbəqəsinin tam inkişaf etməməsi nəticəsində inkişaf ədir.

Hamiləliyin 35-ci həftəsindən tez, 2000 qr-dan kiçik çəkidə doğulan bütün uşaqlarda bu xəstəliyin əmələ gəlmə riski vardır.

Xəstəlik 5 mərhələdə inkişaf edir, son mərhələ isə geridönməz korluqla nəticələnir. Çox təəssüf ki, xəstəliyin valideynlər üçün kənardan hiss edilə biləcək simptomu yoxdur. Yalnız xəstəlik son mərhələyə çatanda, uşağın 4-5 aylığında valideynlər övladının əşyalara baxmadığını, gözlərin çəpləşdiyini hiss edərək oftalmoloqa müraciət edirlər və bu halda heç bir müalicə effekt vermir. Ancaq xəstəlik vaxtında aşkarlanarsa, müalicəsi mümkündür.

Vaxtından əvvəl doğulmuş körpələr doğuşdan təxmini 1 ay sonra oftalmoloq tərəfindən müayinə olunmalı, gözün retina təbəqəsinin damarlanması tam inkişaf edənə qədər oftalmoloqun nəzarətində olmalı, xəstəlik aşkarlanarsa müalicə olunmalıdır. Yalnız bu halda korluğa qalib gəlmək mümkündür.

Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024