Xoşbəxt həyatın qızıl qaydaları

Xoşbəxt həyatın qızıl qaydaları


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Xoşbəxt həyatın qızıl qaydaları

Xoşbəxt həyatın qızıl qaydaları
Xoşbəxt həyatın qızıl qaydaları

1. Bol yatın: Gecə gec saatlara qədər televiziya izləmək yerinə erkəndən yatın. Yuxu miqdarını artırmaq stress səviyyənizi salar və oyandığınızda gün içində müvəffəqiyyətli olmanız üçün sizə enerji təmin edər.

2. Gəzməyə çıxın: Yoldaşınızla, uşaqlarınızla və ya ən yaxşı yoldaşınızla birlikdə gəzin. Yalnız çox az məşq belə ruh halınızı dəstəkləyə bilər və sizi üzən problemlərə yeni bir baxımdan baxmanızı təmin edər. Gəzişin darıxdırıcı olduğunu düşünürsünüzsə, sizin üçün maraqlı olan bir yerdə gedə bilərsiniz. Alver mərkəzinə gedə bilərsiniz, bazarda gəzə bilərsiniz və hətta dondurma almaq üçün marketə qədər gedə bilərsiniz.

3. Sizə edilən yaxşılığı unutmayın: Sizin üçün bir şeylər edən, sizə kömək edən insanlara bir qeyd ya da kiçik bir buket çiçək ilə təşəkkür edin. İkinizin də üzündə bir gülümsəmə olacaq.

4. Qarşınızdakı adamı öyün: Qarşınızdakı adamın sevdiyiniz bir xüsusiyyətini tərifləmək sizə də yaxşı gələcək. Çünki başqalarının yaxşı yanlarını görmək sizində yaxşı istiqamətlərinizi görmənizə kömək edəcək.

5. Bir gəzinti planlayın: Bəzən hər şey üstünüzə gələ bilər. Yaxın ya da uzaq bir yerə gəzintiyə çıxmaq irəliyə baxmanıza köməkçi olacaq.

6. Bir şeylər alın: Gülmək ən yaxşı dərmandır. Komik bir şəkil, jurnal ya da DVD kimi sizi güldürə biləcək şeyləri yığın. Hətta bir axşam stend-up nümayişinə gedə bilərsiniz

7. Kreslo masajı etdirin: 10 dəqiqə boşalmaq sizə çox yaxşı gələcəkdir. Günorta yeməyini masanızda yemək yerinə, ən yaxın sauna ya da hamama gedib masaj kreslosuna oturun. Bu masaj kürəyinizə və boyunuza çox yaxşı gələcək, günün qalan qisimində istirahət etmiş olacaqsınız.

8. Ən sevdiyiniz rənglərin geyimlərini geyin: Qırmızınımı yoxsa mavinimi çox sevirsiniz? Ən sevdiyiniz rənglərin olduğu geyimlərinizi geyin. Beləcə özünüzü daha xoşbəxt hiss edəcəksiniz, gün boyu yüzünüzdən gülümsəmə əskik olmayacaq.

9. Bilməcə həll edin: Çətin bir bilməcəni ya da Sudokunu müvəffəqiyyətli bir şəkildə tamamlayıb özünüzə olan etibarı artırın. Beyin gücünüzü genişlədin və bir şeylərlə mübarizə etmək həyatda daha etibarlı bir görünüşə sahib olmanıza kömək edər.

10. Masanızda fotoşəkil olsun: Tarixi yerləri gəzərkən, gəzintidəykən, yoldaşlarınızla, ailənizlə birlikdə bir fotoşəkil çəkilin. Bunu işyerində ya da evdə masanızın üzərinə yerləşdirin. Bu sizə sevdiyiniz insanlarla birlikdə xoşbəxt olmaq üçün bir çox şey etdiyinizi xatırladacaq.

Dostlarınla Paylaş

Saytda 413 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024