Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Xoşbəxt nigah haqqında ibrətamiz hekayə
Ər və arvad uzun illər xoşbəxt evlilik yaşayırlar. Onlar bir-biri ilə bütün sirlərini, narahatlıqlarını, sevinclərini bölüşürlər. Ancaq qadın ərindən bir xahiş edir: əri heç vaxt onun şkafında gizlətdiyi qutuya baxmamalıdır.
Qadının əri də o qutuda nə saxlandığını soruşmur. Sadəcə fikirləşir ki, orada yalnız qadınlara məxsus hansısa bir əşya ola bilər.
Vaxt keçir və onlar yaşlanırlar. Bir gün qadın xəstələnir, özünü çox pis edəndə ərindən həmin qutunu xəstəxanaya gətirməyi xahiş edir. Artıq qutunun sirrinin açılması vaxtının gəlib çatdığını hiss edir.
Qoca evə gəlir, qutunu tapır və açır. Qutunun içərisində 2 toxunma gəlincik və xeyli miqdarda toplanmış pul, 95 min dollar olduğunu görür. Bu qədər məbləği görüb çox təəccüblənir.
— Biz evlənməmişdən əvvəl nənəm mənə xoşbəxt nigahın sirlərini öyrədib , — qadın təəccüblənmiş ərinə deyir, —O, deyirdi ki, mən heç vaxt ərimlə mübahisə etməməliyəm. O hər dəfə mənə deyirdi ki, nə vaxt mən səndən incisəm, sakitcə oturub bir gəlincik toxuyum.
Qoca qadının sözlərindən təsirlənir. Qutuda cəmi iki gəlincik vardı.Deməli birgə yaşadıqları bu 50 ildə qadın ondan cəmi iki dəfə inciyib. O, arvadını qucaqlayıb öpür.
— Bəs bu qədər pul hardandır? — o soruşur.
— Bunlar? — qadın gülümsəyərək cavab verir. — Bu pullar mənim satdığım gəlinciklərin pullarıdır.