Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi

Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi

Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi
Yaş fərqinə görə uşaqlar üçün kitab seçimi

Kitab uşağın həm zehni, həm də psixoloji cəhətdən inkişafına təkan verən ən böyük amildir.

Uşağın kitabla tanışlığı yazmağı öyrəndiyi vaxtda deyil, daha kiçik yaşlarından başlamalıdır.

Bəs onlara necə kitablar seçməliyik?

Əvvəlcə kitabın uşağımıza niyə və necə faydalı olduğundan başlayaq:

- Uşağın hissiyatı və düşüncə dünyasını inkişaf etdirir, tənqidi və yaradıcı düşünmək bacarığı qazandırır.

- Uşaqların oxuduqları əsərlərdən topladıqları dəyərlər irəlidə onlara rəhbərlik edir və uşağı həyata hazırlayır.

- Uşaq kitablarının uşağa yaxşılıq, həssaslıq, xeyirsevərlik, paylaşma, xoşniyyətlilik, ictimai qanunları mənimsəməsi, məsuliyyət, valideyn, bacı-qardaş, heyvan, təbiət sevgisini aşılamaq, yaradıcılığı ortaya çıxartmaq və qavrama bacarıqlarını yaxşılaşdırmaq kimi funksiyaları olmalıdır.

- Uşağın danışığını, söz ehtiyatını formalaşdırır, zənginləşdirir.

- Uşaqların dünyaya daha ümidli və real nəzərlərlə baxa biləcəyi ədəbiyyatlar seçilməlidir. Sosial və ətraf mühitə dəyər verən, rəsmlərində qeyri-real hadisələrdən uzaq olan kitablara üstünlük verilməlidir.

3 yaşa qədər uşaqlar üçün necə kitablar seçməliyik:

Cırılmayacaq qədər qalın,

Toxunanda xoşuna gələcək kitablar seçməliyik.

Səsli, musiqili, parlaq rəngli;

Tanış əşyaların olduğu;

Söz sayı az, rəsmləri bol olan (heyvan, əşya və s.)

Kitablarla tanışlıq toxunmaq, əldə tutmaqla başlayır. Bu yaşda uşaqlar üçün kitablar ətrafını tanımağa, ünsiyyət qurmağa, dilinin formalaşmasına, qavramasının artmasına kömək edir.

3-5 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:

Aydın şəkillər çəkilmiş;

Qəhrəmanları olan nağıllar;

Fantaziyasını yaxşılaşdıracaq mövzularla əhatələnən;

Tanış hadisələrdən danışılan;

Əşyaları təsnifləşdirə biləcəyi;

Mövzuları sadə, rəsmlərlə izah edə biləcək qədər asan hekayələr olmalıdır.

Uşağa oxunan kitablar onun marağını qarşılamalı, onu sual verməyə sövq etməlidir.

5-8 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:

Real hadisələrdən götürülmüş;

Təkcə yaxşı və düzgün yox, pis-səhv obrazların da olduğu;

Maraqlandığı;

Qavrama və dil baxımından yaxşı;

Tanış kəlimələri olan;

Yeni şeylər öyrədən;

Oxumağı yeni öyrənənlər üçün qısa və böyük hərflərlə yazılmış kitablar olmalıdır.

Bu yaşda kitablar övladımıza fantaziyasını istifadə edərək şərh verməyi, yeni şeylər yoxlamağı, hiss və düşüncələri tanımağı, dilini uyğun istifadə etməyi öyrətməlidir.
8-12 yaş arası uşaqlar üçün necə kitablar seçməliyik:

Yaxşının yanında pisə də yer verən;

Yaradıcılığına motivasiya verən, axrını özü tamamlaya biləcəyi;

Uşağın obraz və zövqünə uyğun,

Təkcə ismarış verməyən, nəticə çıxarmağa da meyilləndirən;

Dilin düzgün istifadə edildiyi;

Fərqli mədəniyyətləri tanıda biləcəyi;

Öyrədici, ya da ismarış yükü çox olmayan kitabları seçə bilərik.

Yeni qəhrəmanlar uşaqları həyəcanlandırır, oxuma istəyini artırır. Xüsusən macəra kitabları bu dövrlərdə onların sevimliləri olur.

Dostlarınla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023