Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir

Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir

Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Yatmaq şəkliniz münasibətləriniz haqqında təsəvvür edə bilməyəcəyiniz qədər ipucu verir.

Baxın yatmaq vəziyyətiniz əks cinslə aranızda olan münasibətlər haqqında nələr deyir:

Qaşıq vəziyyəti:
Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Bu vəziyyətdə yatan cütlüklər xoşbəxtdirlər və bir-birlərindən ayrı qala bilməzlər. Bir-birlərinə sevgilərini göstərməkdən zövq alırlar. Belə cütlüklər fiziki olaraq mütəmadi seks arzusunda olurlar.

Yastıq söhbəti:
Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Üz-üzə yataraq bir-birinə heç toxunmayan cütlüklər bir-birləri ilə çox yaxşı sirdaşdırlar. Bu münasibətdə səmimiyyət çox vacibdir. Onların bir-birindən gizli sirrləri yoxdur. Üz-üzə söhbət etmək və yatarkən dərdləşmək xoşlarına gəlir.

Romantik:
Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Cütlüklərin romantik yatmağına əsasən kinolarda daha çox rast gəlirik. Çünki romantikanı ifadə etmək üçün bu, ideal seçimdir. Kişinin bel üstə yatıb qadının da kişinin çiyninə söykəndiyi bu vəziyyət bir az qadını kişinin himayəsinə sığındırır fikrini irəli sürür. Bu yatmaq tərzi əsasən yeni evlənən cütlüklərin seçimidir. İstiqanlı, amma bir az utncaqlığı bildirir.

Çiyinə söykənən tərəf üçün ürəyin səsini eşitmək onu rahatlaşdırır.

Arxa-arxaya:
Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Cütlüklərin arxasını bir-birlərinə çevirərək yatmaq tərzi kifayət qədər təcrübə yığmış münasibətdən xəbər verir. Bu o deməkdir ki, cütlüklər artıq bir-birlərini çox yaxşı tanıyır və münasibətdə güvən hakimdir. Bu tərzdə yatırsınzsa bir-birinizdən uzaq olsanız belə narahat olmağa ehtiyac yoxdur. Cütlüklərin əksəriyyəti bu cür yatmağı ən rahat versiya kimi qiymətləndirir.

Gizlənqaç:
Yatmaq tərziniz münasibətlərinizdən xəbər verir
Yatağın hər iki tərəfinə üzlər bir-birinə baxmayacaq tərzdə yatılan bu vəziyyətdə cütlüklər azadlıq yaradırlar. Əgər yatarkən istidən yorulma kimi probleminiz varsa bu tərz ideal seçimdir. Yatağın soyuq tərəfinə sürüklənmək vərdişləri olan cütlüklər bu tərzdə yatır. Belə cütlüklər münasibətdə özünə aid olanların yaradılması və bunların qorunmasının vacib olduğunu düşünürlər. Bu cür yatmaq həssaslıqdan çox məntiqə əsaslanan bir münasibətdən xəbər verir.

Dostlarınla Paylaş

Saytda 411 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024