![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Bu ahıl kişi və 12 yaşlı qız, öz ölkələrində insanların diqqətini qızların çox kiçik yaşda ərə verilməsinə yönəltmək üçün bəy və gəlin obrazını yaradıblar.
Livanda qızlar 9 yaşından başlayaraq ərə verilir. Xüsusi ilə də suriyalı qaçqınlar bu imkandan aktiv şəkildə istifadə edir, bununla da, övladlarına yaxşı həyat verdiklərini düşünürlər.
Yoldan keçən bir nəfər dəniz kənarında fotoqrafın bu qəribə cütlüyün fotolarını çəkdiyini görüb və bəydən soruşub: "Sizin toyunuzdur?" Təsdiq cavabını aldıqdan sonra bəyənircəsinə bəyi təbrik edib.
Başqa yolçu deyib: "Toy qanunidir. Çünki bəy qızın valideynlərindən razılıq alıb".
Başqa bir şahid isə qızın valideynlərini "cinayətkarlar" adlandırıb.
Təəssüf ki, səslənən ictimai fikirlər heç bir halda erkən nigahların qarşısını ala bilmir. Livanda hər 100 qızdan biri 15 yaşına qədər ərə verilir.
Ərəb ölkələri üzrə kiçik məlumatlar:
İranda qızlar üçün qanuni nigah yaşı 13, oğlanlar üçün isə 15-dir. İraqda hər ikisi üçün 18 yaşdır. Suriyada 17 və 18 yaşdır. Yəməndə isə minimal yaş həddi yoxdur, buna valideynlər qərar verə bilər. Əfqanıstanda isə 16 və 18, Fələstində 15-16 yaşdır. Əgər valideynlərinin razılıqları varsa, bu ölkələrdə qızlarla daha erkən yaşda ailə qurmaq mümkündür.
Bunun nəticələri: məişət zorakılığı, erkən hamiləlikdə fəsadların yaranması və təhsil almaq şansının itirilməsi.