Yeni evlənənlərin əsas səhvləri

Yeni evlənənlərin əsas səhvləri


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Yeni evlənənlərin əsas səhvləri

Yeni evlənənlərin əsas səhvləri
Heyrətamiz toy heç də o demək deyil ki, yeni evliləri elə heyratamiz həyat gözləyir. Əksinə, tezliklə xəyal qırıqlığı da ola bilir. Nəyə görə bəzi hallarda ailə həyatı qısa zamanda məyusluqla nəticələnir. Əksər hallarda gənclər ailə qurarkən bunun nə qədər məhsuliyyətli iş olduğunu anlamırlar, ailənin gələcək davamı haqqında təsəvvürləri belə olmur, hətta düşünə bilmirlər ki, ola bilsin ki, onlar bir-biriləri ilə uyğun gəlmir, hətta bir-birinin əksidirlər. Əyləncəli toy təsuratları bitdikdən sonra, əvvəl-axır hər iki insanın əil siması görünməyə başlayır və elə buradaca da həyat yoldaşı haqqındakı təsəvvürləri alt-üst olur. Məsələn, toydan əvvəl o, səliqəli geyinmiş, baxımı, güləriz bir gənc oğlan idi. Aydın olur ki, onun belə görünməsində anasının az əməyi olmayıb: ana onu yedirdib, paltarlarını yuyub, geyindirib və o da, təbii olaraq düşünür ki, artıq bunları onun xanımı etməlidir. Xanımı isə əvvələr sadəcə kraliça kimi görünsə də indi artıq hər şey dəyişib. Onun xanımı da öz növbəsində düşünür ki, onun əri də atası kimi gəlir mənbəyidir.
Nəticədə, hər ikisi əliboş qalırlar və qəfildən üzərilərinə düşən problemlərdən azad olmaq üçün xoşluqla ayrılmağa üstünlük verirlər.
Bundan əlavə, uyğunlaşma dövru hər birində fərdidir. Gənclər fikirləşirlər ki, onların hər biri daha çox sevgiyə, hörmətə layiqdirlər. Belə düşüncələr artıq onların mübahisəsinə səbəb olur. Məsələn: "Sən məni heç sevmirsən. Mən sənin üçün bax nələr edirəm, amma əvəzində heç nə almıram və s." Nəticədə hər iki şəxs gözlədiklərini ala bilmirlər. Məsələn, yataq otağına kofe gətirilməsi, dəbdəbəli geyimlər, yeni təmirli ev, maşın və s. Siyahını artırmaq da olar.
Ailə qursalar da subaylıq vərdişləri də unudulmur. Gənc ər dostları ilə əylənməyə gedir, xanım isə yenə də əvvəllər olduğu kimi rəfiqələri ilə alış-verişə, restorana, filmə baxmağa üstünlük verir və nəticədə ailə büdcəsi bu vərdişlərə tab gətirmir.
Tərəflər bir-birini günahlandırmağa başlayır, nəticə isə anlaşılmamazlığa gətirib çıxarır. Qısa müddətdə tam bir xəyal qırıqlığı baş verir, münasibətlər dağılır.
Bir-birilərini dinləmək, hərəkətlərinin əsl niyyətlərini bir-birinə çatdırmaq, nəhayət qəlbən söhbət etmək əvəzinə hər kəs münasibətlərə öz şəxsi nöqteyi-nəzərindən yanaşır, özünün daha çox haqlı olduğunu düşünür. Əgər ailədə tərəflər arasında xudbinlik varsa, burada qarşılıqlı hörmət və dəstəkdən söhbət gedə bilməz. Ancaq bütün ailələrdə az da olsa fikir ayrılıqları olur, ailəni qorumaq isə hər iki şəxsin üzərinə düşür.

Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023