Yeni evlilərin etdiyi ən böyük 7 səhv | Tatli.Biz
Yeni evlilərin etdiyi ən böyük 7 səhv
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Yeni evlilərin etdiyi ən böyük 7 səhv

Yeni evlilərin etdiyi ən böyük 7 səhv
Evləndikdən sonra müəyyən problemlər ortaya çıxa bilər. Bəzən bu problemlrin düzgün müzakirə olunmaması ayrılıq, mübahisə kimi mənfi proseslərlə nəticələnə bilər.

Bəs yeni evli cütlüklərin etdiyi ciddi səhvlər nələrdir?

Qadinsayti.az olaraq evləndikdən sonra cütlüklərin etdiyi 7 ən böyük səhvi oxucuların nəzərinə çatdırırıq.

1. Pul

Pul yeni evli cütlüklərin ən çox müzakirə etdiyi mövzudur. Hətta maliyyə problemləri səbəbindən boşanmalar da ola bilər. Ev almaq istəyirsinizsə büdcənizi stabil saxlayın. Gələcəyinizlə əlaqədar ümumi plan qurun və bu plan üzrə hərəkət edin.

2. Rəfiqələrinizdən və ya dostlarınızdan uzaqlaşmaq

Evləndikdən sonra cütlüklərin əksəriyyəti yoldaşlarını ikinci plana atır. Müvəffəqiyyətli evililiklərdə yoldaşlarınızı, ətrafınızı həyatınızdan çıxarmamalısınız. Çalışmalısınız ki, evliliklə bərabər rəfiqələrinizə və ya dostlarınıza vaxt ayırasınız. Əks təqdirdə əlaqələr zəifləyə bilər. Yoldaşlardan uzaqlaşma, yeni evliykən gəlməmələrini istəməmə (ilk bir ay üçün ola bilər ancaq sonrasında dəvət etməlisiniz), evliliklə əlaqədar onları məcbur etmə, yoldaşınızın hər zaman yanınızda olmasını istəmə kimi vəziyyətlərdə özünü göstərir. Yoldaşlarınızın sizdən uzaqlaşmaması üçün həmişə birlikdə vaxt keçirə biləcəyiniz rahat mühitlər yaradın. İctimailiyinizi itirməmək üçün proqramınız sıx olsa belə onları evinizə dəvət edin, gəzməyə gedin.

3. Kifayət qədər sekslə məşğul olmamaq

Seks yaxşı bir evlilikdə inanılmaz dərəcədə önəmlidir. Ancaq yeni evlilərin yüzdə 60-dan çoxu seks mövzusunda zəifdir. Bunun 3 əhəmiyyətli səbəbi vardır; Çox sıx bir həyat, özünü yaxşı hiss etməmə, vəziyyətindən məmnun olma.

Bu vəziyyətdə nə etməlisiniz? Yaxşı hiss etməsəniz belə seksə başlayın. Əgər bunu vərdiş halına gətirsəniz daha çox istəməyə başlayacaqsınız. Seks haqqında danışın. Sekslə əlaqədar şeylər düşünün, partnyorunuza gün ərzində onun xoşuna gələcək sekslə əlaqədar şeylər söyləyin.

4. Kökəlmək

Yeni evlilər bal ayından sonra yavaş-yavaş kökəlməyə başlayır. Bunun üç səbəbi ola bilər; Özünüzə baxmaqla əlaqədar kifayət qədər motivasiya edilməməyiniz, evdə vaxt keçirməyi sevmək, şişirdilmiş yeməklər yemək, nə yediyinizə diqqət edəcək ya da gimnastika edə bilməyəcək qədər məşğul olmağınız. Evləndiyiniz kimi qalmaq üçün nəyə diqqət etməlisiniz? Bir-birinizin kilo hədəflərinə hörmət edərək bəslənmə və məşq planı hazırlamalı, kilo almadığınız zaman özünüzü mükafatlandırmanız ya da bir-birinizi motivasiya edərək cəsarətləndirməniz kafi ola bilər.

5. Valideynlərin həyatınıza qarışmasına icazə vermək

Cütlüklərin yüzdə 50-si ana, ata və ya qardaşlarıyla əlaqədar evlilik problemləri yaşayır. Buna səbəb olan faktorlar; ailələrin fərqli ənənələrə sahib olması, uşaqlarını öz ailələrindən gördükləri kimi böyütməyə və həyatlarına müdaxilə etmə vərdişləri, uşaqları yeni evlənən ailələrin romantik bir keçid dövrü yaşaması, ailələrin bir-birlərinə dair xoşagəlməz fikirləri və cütlüklərin özlərinə kifayət qədər zaman ayıra bilməməsi.

Bu vəziyyətdə nə etməlisiniz? Əvvəlcə yeni qurduğunuz əlaqəyə sərhəd qoymağı bacarın. Səhv başa düşülmələrdən uzaq durun, tətil zamanlarınızı əvvəlcədən müəyyən edin. Həyat yoldaşınızın ailəsinin səhvlərindən ötrü onu günahlandırmayın. Ailənizlə əlaqədar başqasından eşitmək istəməyəcəklərinizi başqasına söyləməyin. Evliliyinizlə əlaqədar sirlərinizi ailənizlə paylaşmayın.

6. Mübahisə etmək

Evləndikdən sonra hər şeyi edə biləcəyinizi və söyləyə düşünməyin. Razılaşa bilmədiyiniz mövzular hər zaman olacaq, ancaq bunun əlaqənizi zədələməsinə icazə verməyin. Necə ədalətlə müzakirə edə bilərsiniz? Hansı mövzu haqqında müzakirə edəcəyinizi təyin edin, mövzunu dağıtmayın. Həqiqətən əsəbiləşməyə başladığınızda qalxıb yeriyin, bir neçə dəqiqə sakitləşdikdən sonra davam edin. Daha sonra peşman olacağınız şeylər haqqında düşünməyin.

7. Uşaq sahibi olmaqla bağlı problemlər

Yeni evlilər müəyyən müddətdən sonra uşaq sahibi olma mövzusunda çox düşündükləri üçün həyatlarından zövq almaya bilərlər. Cütlüklərin əksəriyyəti evləndikdən 3 il sonra uşaq sahibi olmaq istəyir. Evliliyin ilk zamanları uşaq üçün erkən ola bilər. Birlikdə və eyni evdə olmaqdan həzz alın. Uşaq sahibi olmaq üçün uyğun zaman seçin.

Dostlarınla Paylaş

Saytda 84 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022