Atalar Sözləri və Məsəllər

Atalar Sözləri və Məsəllər


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

Bütün Atalar Sözləri

  • • Aslanlar öz hekayələrini özləri yazmırsa ovçuların nağıllarına inanmaq məcburiyyətindəyik. (Fransız atalar sözləri)
  • • Allah insanı cəzalandırmaq istəyəndə, əvvəl ağlını alır. (Yunan atalar sözləri)
  • • Ağa köz kimidir, yandıra bilməzsə qaralayar. (Yunan atalar sözləri)
  • • Acmayan insan, çörəyin nə olduğunu bilməz. (Yunan atalar sözləri)
  • • Ay görmüşün ulduza nə minnəti. (İraq-Kərkük atalar sözləri)
  • • Alışmış qudurmuşdan betərdi. (İraq-Kərkük atalar sözləri)
  • • Alçaq yerdə yatma, sellər alar, yüksək yerdə yatma, yellər alar. (İraq-Kərkük atalar sözləri)
  • • Ağacdan maşa olmaz, çingənədən paşa. (İraq-Kərkük atalar sözləri)
  • • Adam sözdən, uşaq gözdən. (İraq-Kərkük atalar sözləri)
  • • Ağlarsa anam ağlar, başqası yalan ağlar. (Türk atalar sözü)
  • • Ağlamayan uşağa süd verməzlər. (İngilis atalar sözləri)
  • • Ax axça quru gün üçündür (İngilis atalar sözləri)
  • • Atasız uşaq tavansız ev kimidir. (Afrika atalar sözü)
  • • Ağılsız o adamdır ki, ayın özünə yox, onu göstərən barmağa baxır. (Çin atalar sözləri)
  • • Ağac nə qədər yüksək olursa olsun, yarpaqları yenə də yerə tökülər. (Çin atalar sözləri)
  • • Atın qiymətin yəhərinə görə biçmə. (Çin atalar sözləri)
  • • Az toyuq az yumurta, çox toyuq çox yumurta (Çin atalar sözləri)
  • • Ağıllı bir adam tək öz təcrübələrindən, çox ağıllı bir adam başqalarının da təcrübələrindən faydalanar. (Çin atalar sözləri)
  • • Ağıllı adam dəlini danlamaz. (Çin atalar sözləri)
  • • Ağıla gəl(məy)ən başa gələr.
  • • Atlar işlər, ər öyünər
  • • Ağaya ağ olan boynuna kəfən salar
  • • Ağa dedi vur, sən yıx, sürü
  • • Abdal nə bilir ki, heyva kaldır?!
  • • Ac doğuz, darıdan çıxmaz.
  • • Ağ gün adamı ağardır, qara gün qaraldır.
  • • Abdal oynayanda qar yağar.
  • • Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
  • • Asta vur,
    Rasta vur.
  • • Anası gəzən ağacı, balası budaq-budaq gəzər.
  • • Anasına bax, qızını al,
    Qırağına bax, bezini al.
  • • Aşığın molladan, mollanın da sazdan zəhləsi gedər.
  • • Ay doğar gədiyindən,
    Utan, bir dediyindən.
  • • Abad yerin bülbülü,
    xarabanın bayquşu.
  • • Abbasını bəyənməyən beş şahı çıxardar.
  • • Asta gedən yorulmaz.
  • • Acıqla iş görən zərər çəkər.
  • • Araba qoş, çarxa dur,
    Mərd igidə arxa dur.
  • • Adamın tamarzısı,
    Hər kəsin öz arzusu.
  • • Ayağı nərdivana bir-bir qoyarlar.
  • • Alət işlər, əl öyünər, Qılınc işlər, qol öyünər.
  • • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • • Aydan arı, sudan duru.
  • • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülməşəkər?
  • • Ağlı olan qışın qeydinə yayda qalar.
  • • Analı quzu,
    Xınalı quzu.
  • • Ağzına bax, tikə kəs.
  • • Alət işlər, əl öyünər,
    Qılınc işlər, qol öyünər.
  • • Adam aşını-işini bilməlidir.
  • • Ağıl başda olar, yaşda olmaz.
  • • At ölər nalı qalar,
    İgid ölər namı qalar.
  • • Ay fələk, batmanı elədin çərək.
  • • Acın imanı olmaz, toxun gümanı.
  • • Adam yanıla-yanıla öyrənər.
  • • Asta gedən usta gedər.
  • • Aşıq gördüyünü çağırar.
  • • Ağılsız başın əziyyətini ayaq çəkər.
  • • Az danış, düz danış.
  • • Atlı çapar, tayını tapar.
  • • Alaq otu tez yetişər.
  • • Atıcı atar, tayını tapar.
  • • Abrını alıb, dirilik suyu versələr, ağıllı adam onu almaz, çünki zillətlə yaşamaqdansa, izzətlə ölmək yaxşıdır.
  • • Abal (abdal) dərviş, pulla bitər hər iş.
  • • Ac, əlinə, düşəni yiyər; tox ağzına gələni deyər.
  • • Ağlamaqla, gözdən yaş qurtulmaz.
  • • Ac əsnər, aşıq gərinər.
  • • Ac it, dəyənəkdən qorxmaz.
  • • Ac qonağa, bir çörək, naz balışdan yeğdir(yaxşıdır).
  • • Axmağın ağası olunca, ağıllının, nökəri ol.
  • • Ağılı evdə qoyub gedərik, axmağın qulluğuna yetərik.
  • • Açıq qapıdan min bir bəla gələr deyiblər, bağlı qapının min bir bəla içində.
  • • Axar çay murdarlıq götürməz.
  • • Arvadın nə olduğun subaydan sor,
    arvadın necə olduğun evlidən.
  • • Ananın səbri tükənməz olur.
  • • Ana səbri böyükdür.
  • • Ala qarğa suya düşsədə, qaz olmaz.
  • • Ata mindin özünü unutma,
    atdan düşdün - atını.
    (atdasan - özünü, atdan endin atını - unutma).
  • • Abırlı abırından qorxar, abırsız nədən qorxar?
    (Abırlı abırından çəkinər, abırsız nədən çəkinər?)
  • • Ata dost kimi bax, düşmən kimi min.
  • • Ata - yəhəri, dilənçiyə - torba ağırlıq edməz.
  • • Ata minər, atasın danar, atdan enər, atın danar. (ata mindi, atasını, atdan endi, atını tanımadı). (ata mindi, atasın tanımadı. atdan düşdü, atın tanımadı).
  • • Ac eşiyə, lüt içəri qaçar.
  • • Ac gəzməkdənsə, tox ölmək yaxşıdır.
  • • Ac, qılıncı çapar.
  • • Acındırsan arsız, acıqdırsan hırsız (oğru) olur.
  • • Acının dadın bilməyən, şirinlikdə dad bilməz.
  • • Acıqlı dilənçinin, torbası boş qalar.
  • • Aclığın əlin toxluğa sığın, ac qalmasan.
  • • Ağrısız baş, qəbirdə olur.
  • • Ağzı yağlı, dili bağlı.
  • • Alçaq yerdə, təpəcik özün dağ sanır.
  • • Alma, dibindən uzağa düşməz.
  • • Alqış, iki əldən (çıxar).
  • • Arvadın koru, ərin karı.
  • • Arxadan gələn düşman, üzə gəlincə dost olar.
  • • Arxlar axar, çay olar.
  • • Arxadan kəsir, ətəyə yamır.
  • • Arxadır yurdumuza, eşq olsun ordumuza.
  • • Aslan dişinə, kişi işinə güvənər.
  • • Aşı pişirən yağdır, gəlinin üzü ağdır.
  • • Aşırıb doymadı, yaladı nə doyar.
  • • Ata ana acı alma yesə, oğul qızın dişi qamar (qamaşır).
  • • Ata göylü balada, bala göylü havada.
  • • Ata güc, adama ağıl (gərək).
  • • Ata qabağdan, itə daldan yanaş.
  • • Atadan altı olunca, anadan iki ol.
  • • Atlı ilə yayaq, savaşa qıldılar ayaq).
  • • Atsan nişana dəyər oxun doğrusu, bir mənzilə yetməz yükün əyrisi.
  • • Axan arx, axmadan durmaz.
  • • Axan suya dayanma, hər deyənə inanma.
  • • Acgözlük heyvanı kökəldər, kişini çökərdər.
  • • Ac nə yeməz, tox nə deməz.
  • • Ac oldun çobana qoşul, yoruldun karvana.
  • • Ac qudurğan olar, tox oynağan.
  • • Ac qurdlar, ağız ağıza yatarlar. (biri birinə yem olmaq qorxusundan).
  • • Ac toyuq özün taxıl bazarında görər.
  • • Ac yediyin bilməz, tox dediyin bilməz.
  • • Ac, acınan yatsa, dilənçi doğar.
  • • Aca qazan asdırsan, yeyəcək qalmaz, lütə odun yaxdırsan, yanacaq qalmaz.
  • • Acar, qılıncı çapar.
  • • Acgöz, yalançı toruna düşər.
  • • Acı işlətmə, toxu tərpətmə.
  • • Acıda yesən şirin danış.
  • • Acığan çalar, quduran qalxar.
  • • Acın imanı olmaz, toxun amanı, qanmazın dərmanı.
  • • Adam var 'ər' dəyişir, adamda var 'əl' dəyişir.
  • • Adam var yaşır yeyir, adamda var yeyir yaşır.
  • • Ağ dediyin alqışdır, qara dediyin qarğışdır.
  • • Ağac başına yel dəyir, gözəllərə söz gəlir.
  • • Adamın vayı, xocanın payı.
  • • Adı başqa, dadı başqa.
  • • Ağacın kökü yerdələr. adamın gözü yerdədir.
  • • Ağanın bir gözü korsa, nökərin ikisi kordu.
  • • Ağaran baş, ağlayan göz, gizlənilməz.
  • • Ağası qul olanın, qulu quduran olur.
  • • Ağdı qızıl bayraq, doğdu qara topraq.
  • • Ağı dağa gəlməz, başa gəlir.
  • • Ağıl ağıldan üstün olur, söz sözdən ötgün olur.
  • • Ağıl başdan çıxır, çörək daşdan.
  • • Ağıl ulusdan çıxar, dərman kol-kos dan.
  • • Ağıl üçün, yol birdir.
  • • Ağıl, ağıldan keçər, söz danışıqdan ötər.
  • • Ağac qurur, devran dönür.
  • • Ağacı qurt yeyər, insanı dərd.
  • • Açılan solar, ağlayan gülər. (açıl sol, ağla gül).
  • • Adam olmaq asta- asta, heyvan olmaq bir anda.
  • • Adamı başdan tanı, ağacı yaşdan.
  • • Adət qanun deyil, qanun kimi zorludur.
  • • Ağac tutan ağac vurandan artıq.
  • • Ağacı ortasından tut, iki başdan vur.
  • • Ağacın barı gərək, iyidin yarı gərək.
  • • Ağacın uzun olsun, qolun dinc.
  • • Ağacın qurdu, öz dibindədir.
  • • Ağıllı bildiyin söyləməz, dəli söylədiyin bilməz.
  • • Ağıllı "bizi" tapınca, dəli bacadan düşər.
  • • Ağıllı işinə baxar, dəli dişinə.
  • • Ağıllıdan, səfeh olmağın, qədir qiymətin öyrən.
  • • Ağını çəkdin, balını çək.
  • • Ağır basar, yüngül (yeyni) qalxar.
  • • Ağır daş, batman döyər.
  • • Ağır daşı, nə yel alır, nə sel.
  • • Ağır gedən, yol alar, yeyin gedən, yolda qalar.
  • • Ağır qazan, gec qaynar.
  • • Ağırlıq qızıl qala, yüngüllük başa bəla.
  • • Ağız bəzəyi sözdür, üz bəzəyi, gözdür.
  • • Ağız deyir, sol göz görür, sağ göz qıyır.
  • • Ağızdan çıxan söz, yanılmaz (qayıtmaz).
  • • Ağlaya - ağlaya quyu qaz, gülə - gülə suyun iç.
  • • Ağlı olan ərinməz, güclü olan sürünməz.
  • • Ağlı qısanın, dili uzun olar.
  • • Ağlın ilə gör, ürəklə eşit.
  • • Ala it çaqqalın dayısıdır.
  • • Alan satandan, satan alandan umar.
  • • Alanda hopur, verəndə qopur.
  • • Alanın gözü olsa, satan acından ölər.
  • • Alanın gözü satanın əlində olar.
  • • Alçaq eşşəyi, yükləməyə navar ki.
  • • Alçaq görüb daşlanma, yüksək görüb, alçalma.
  • • Aldığın verməyən, axtardığın tapmaz.
  • • Alıb vermək, görüş qaydası, gedib gəlmək, elçi qaydası.
  • • Alimin biliyindən, yalançının dilindən yapışarlar.
  • • Alıcının ömrü az olar.
  • • Alım birlə (ilə) borc ödənməz.
  • • Alış oğlu, verişdi.
  • • Alimin sözündən de, iyidin özündən.
  • • Ananın aşı, ağzının dadı, təndirin başı, yedin yat.
  • • Anbar siçanı, ac qalmaz.
  • • Anqıran eşşək, öz tayın tapar.
  • • Aranın dağı var olsun, qarlıda olar, qarsızda. iyidin başı sağ olsun, varlıda olar, varsızda.
  • • Anlamazla yeyib - içiplər, danışmayıblar.
  • • Arada yeyir, qırağda gəzir.
  • • Arıdan arı, gündən duru.
  • • Arının ağına (zəhərinə, ağrısına) dözüb, balını süz.
  • • Arıq ata, qamçı düşman, yırtıq dama, damcı düşman.
  • • Arıq ata, qamçıda ağır (gəlir).
  • • Arpa yeyən, ipək geyən.
  • • Arpa pişər, işiniz düşər.
  • • Arsıza üz verdik, ocağına köz verdik.
  • • Arvad malı, sapı mandalı.
  • • Arvad elə bir şeydir ki: alanda peşman, almayanda.
  • • Arşınla bez ölçülər, çuvalla qoz.
  • • Artıq aş, qabında dursun, artıq söz, içində dursun.
  • • Artıq mal, göz çıxarmaz.
  • • Arvad alsan, ürəkdən, qonşu alsan dirəkdən.
  • • Arvad boşuna yalanlamasa, düz danışan çıxar.
  • • Arvad ilə at, iyidin bəxtinə bax.
  • • Arvad kimi düşman yox: gülər bildirməz. köpək kimi dost olmaz: ölər bildirməz.
  • • Ağlayıb, gizlində gülən.
  • • Arvad öz ixtiyarına olsa, çillə çağı keçi qırxar.
  • • Arvadı sırdaş edən, dəllal aramaz.
  • • Aşın dadı duzdadır, duzun dadı ölçüdə.
  • • At aylığın, dəvə illiyin düşünür.
  • • At minənindir, ev qonanındır, don geyənindir.
  • • Aş, hamıdan baş.
  • • Aşığın sazın al, gəlinin nazın al.
  • • Aşın az çoxun qazan bilməz, qab bilər. yolun az çoxun ər bilməz, at bilər.
  • • Aşıran bilməz, doğrayan bilər.
  • • Aşq ağladar, dərd söylədər. qanmaza çörək versən, çomaq görsədər.
  • • Aşq girdi başa, ağıl çıxdı qaça.
  • • Aşqa - aşqa, bir məndən başqa.
  • • Aşqın gözü kor, qulağı kar (olur).
  • • At arıq, yollar uzaq.
  • • At görəndə axsar, su görəndə susar.
  • • At bəslənirkən, qız istənirkən.
  • • At olmasa, yol olmaz, dil olmasa, el olmaz.
  • • Atalar sözü bazarda satılmaz.
  • • Atalar sözü elin gözü.
  • • Atalar sözü, ağlın gözü.
  • • Atalar sözü, söz bəzəyi, saqqal qoysan, üz bəzəyi.
  • • Atalı söz, ağıla göz.
  • • Atan balası olma, adam balası ol.
  • • Atası acı alma yesə, oğlanın dişi qamar.
  • • Atda qarın, itdə burun.
  • • Atdan düş, addan yox.
  • • Atdan düşüb, yəhərdən düşmür. (atdan düşüb, yəhərin buraxmır).
  • • Atdığın vurar, tutduğun qoparar.
  • • Atı olmayan, arpa nə gəzər. atı olmayan, ayaqla gəzər.
  • • Atı, yoluyla tanı, eli diliynən tanı.
  • • Atılan ox daşdan qayıtmaz, daş ilə qayıdar.
  • • Atılan ox daşdan qayıtmaz, elçisiz, el gurtaramaz.
  • • Atın ayaqına bax, itin quyruğuna.
  • • Atın gücü yerişi, mərdin ərliyi işi (sayılır, hesaba gəlir).
  • • Atın qarnı itin burnu vardı.
  • • Atın sirrin gözündən, mərdin sirrin sözündən.
  • • Atına acıyan, yəhərin arxalar (daşıyar).
  • • Atışsan, söz çıxar, tutuşsan göz çıxar.
  • • Atla qadın, tumarsız qalmaz.
  • • Axşamın sirrin, dan bilir.
  • • Ayı vurulmadan dərisi satılmaz. Söz deyilmədən igid başı alınmaz.
  • • Axmaq elçi, iki xalqı pozar.
  • • Axmaq susanda, ağıllı görünər.
  • • Axsaq yügürgən ölür.
  • • Axşam döz, yarın göz (gör).
  • • Axşam örtəni, dan bilir (bəlirir).
  • • Axtaranda tapılmaz, gərəkməzsə (boş yerdə) guruldar.
  • • Ay doğuşundan, ər yerişindən bəllənir.
  • • Ay ışığın aləmə salır, şəm ışığın dibinə.
  • • Ay qəmin bir kərə, el qəmin min kərə düşün.
  • • Ay qoca ivrən, köçən kimdi, köçürən kim.
  • • Ay yayana (piyadaya) gülən atlı.
  • • Ayağ yalın, qanqal qalın.
  • • Ayağın yerdə süzür, xəyalın göydə üzür.
  • • Ayağnı isti tut, başını sərin, yeməyinə fikir ver, düşünmə dərin.
  • • Ayaq ayaq nərdivənə çıxarlar.
  • • Ayaq bir olsada, min kərə atılar.
  • • Ayaq birdir, atdıqı min.
  • • Ayaq qabın dar olsa, dünyanın genliyindən, sənə nə asar (fayda).
  • • Ayaq üsdə, qırxı çıxıb.
  • • Ayaq yeriməzsə, iz düşməz.
  • • Ayaqdaki bit, atdan düşürər, başdaki bit baş itirər.
  • • Ayaqdan çıxan toz, baş üsdə qonar.
  • • Ayaqla gələn qonağı, atla yola salarlar.
  • • Ayda ışığın gündən alır. (ay ışığın, gündən alır).
  • • Ayı biləyinə, insan ürəyinə güvənir.
  • • Ayı ilə meymun, bir birinə uyğun.
  • • Ayı yuvasında, qoz axtarma.
  • • Az yeyir küsür, çox yeyir qusur.
  • • Az - çox yanına gedər.
    Ac - tox yanına gedər.
  • • Ayrılıq çatar, gizli sevgini bəllədər. dərdli gözü gizlətmə, yaşı axır bəllədər.
  • • Az danışmaq, az yemək, insanı eylər mələk, çox danışmaq, çox yemək, insanı eylər hələk.
  • • Az getdi uz getdi, iynə yarım yol getdi, dərə təpə düz getdi.
  • • Az olsun uz olsun. (- uz: uyğun, münasib).
  • • Az tamah, çox azar gətirər.
  • • Az ver, çox yalvar, çox ver yalvarma.
  • • Az verib gəzdirmə, çox verib azdırma.
  • • Az yırğanan, ac qalar.
  • • Adamdır adam, olmasa puluda, heyvandır heyvan, ətləs olsa çuluda.
  • • Adam gərək imama da ağlasın, yezidə də.
  • • Adam gözləməklə səbirli olur.
  • • Adam hamıya xoş ola bilməz.
  • • Adam istəsə dağı dağ üstə qoyar.
  • • Adam yanıla-yanıla adam olur.
  • • Adam işi böyüdər, iş adamı böyütməz.
  • • Adam işini-gücünü bilməlidir.
  • • Adam məcburiyyət qarşısında olanda hər şeyə dözər.
  • • Adam olana bir söz yetər.
  • • Adam öz tay-tuşuyla gəzər.
  • • Adam öz tayını-tuşunu tapmasa, günü ah-vayla keçər.
  • • Adam özgə cibinin pulunu saymaz.
  • • Adam özün tərifləməz.
  • • Adam özünə bir çörək ağacı tapmalıdır.
  • • Adam pulu qazanar, pul adamı qazanmaz.
  • • Adam pulu tapar, pul adamı tapmaz.
  • • Adam tayını-tuşunu bilməlidir.
  • • Adam var ki, bir şirinin xatirinə min acı udur.
  • • Adam təhlükəli işə baş qoşanda gərək hərtərəfli (tam) hazırlıqlı olsun.
  • • Adama yaxşılıq yoxdur!
  • • Adamda insaf, mürüvvət gərək!
  • • Adamı alverdə tanıyarlar.
  • • Adamı bədbəxtlik tutanda dəvə üstündə böv vurar.
  • • Adamın ayağının altından yer qaçır.
  • • Adamın fərsizi məqam gözlər.
  • • Adamın gözü, yerin qulağı var.
  • • Adamın qədrini adam bilər.
  • • Adamın sözü doğru olanda qılınc kimi daşdan keçər.
  • • Adamın qorxusundan doğrunu demək olmur, Allahın qorxusundan yalanı.
  • • Adamın adı çıxınca, canı çıxsa yaxşıdır.
  • • Adam var ki, bir çörəklə min iti dolandırar, adam var ki, min çörəklə bir iti dolandıra bilməz.
  • • Aca nə halal, nə haram?
  • • Acdan ummaq olmaz.
  • • Ac bayıra qaçar, yalavac evə girər.
  • • Ac qal, topal qal, kör qal, fəqət torpaqsız qalma.
  • • Ac qarına yatmaq it əzabıdır.
  • • Ac qazanar, tox yeyər.
  • • Ac qılınca çapar.
  • • Ac qurd aslanı basar.
  • • Ac özünü oda vurar.
  • • Ac toxun üzünə baxmaqla doymaz.
  • • Ac toyuq yatar, yuxusunda darı görər.
  • • Ac yatım, salamat yatım.
  • • Acı dilin yarası qılınc yarasından pis olur.
  • • Acı sözü bir batman bal ilə yemək olmaz.
  • • Acı suala şirin cavab gözləmə.
  • • Acığı gələn su içər.
  • • Acığın dövlətə zərəri var.
  • • Acılıqdan yemək olmur, şirinlikdən atmaq olmur.
  • • Acın evində nə od olar, nə ocaq.
  • • Acın gözü çörək tikəsində olar.
  • • Acın qarnı doyar, gözü doymaz.
  • • Acın qulağı kar olar.
  • • Acından günorta durur, bığını yağla burur.
  • • Acından qarnına daş bağlayıb.
  • • Acını dadmayan şirinin qədrini bilməz.
  • • Acmış qudurmuşdan betərdir.
  • • Açar qıfıldan güclüdür.
  • • Açıq ağız ac qalmaz.
  • • Açıq qaba it dəyər.
  • • Açıq qapını döyməzlər.
  • • Açıq süfrə təklif istəməz.
  • • Açılma səhər, banlama xoruz!
  • • Açma hər pərdəni, arxasında min sirr var.
  • • Acmış eşşək atdan yeyin gedər.
  • • Aclıqda darı çörəyi halvadan şirin olur.
  • • Aclıq ilə toxluğun arası bir parça çörəkdir.
  • • Aclıq zarafat deyil.
  • • Aclıq ayıya darayı oxudar.
  • • Acla əcəli yetən birdir.
  • • Acizi vurmazlar.
  • • Ad mənim oldu, yar özgənin.
  • • Adam adamın rəhmanı, adam adamın şeytanı.
  • • Adam ac olanda pendir-çörək də ləzizdir.
  • • Adam ağır zəhmətlə alim olur.
  • • Adam bilmir, hansı saz ilə oynasın.
  • • Adam bilmir: harda tapıb, harda itirəcək.
  • • Adam bir dəfə ölər.
  • • Adam bu günün işini sabaha qoymaz.
  • • Adam dilindən bəlaya düşər.
  • • Ac qarına söhbət tutmaz.
  • • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • • Ac ayı oynamaz.
  • • Aclıq susuzluğla qardaşdır.
  • • Aclıq, adama oyun öyrədər.
  • • Aclıq nə etdirməz, toxluq nə dedirtməz.
    (Varlıq nə dedirtməz, aclıq nə yedirtməz.)
  • • Ac aman bilməz.
  • • Abır harda, bərəkət orda.
  • • Abırını yeyib, həyasını da belinə bağlayıb.
  • • Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
  • • Abad kənd tüstüsündən bəlli olar.
  • • Abanın qədri yağışda məlum olar.
  • • Abdal at mindi, özünü bəy saydı.
  • • Abbasıdan bez sahı çıxardır.
  • • Atalar sözü - söz yaraşığı.
  • • Ağıl çox - pul yox, ağıl yox - pul çox.
  • • Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
  • • Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
    Pulun var giriş, pulun yox sürüş.
  • • Anadan olmayan qardaş sayılmaz.
  • • Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.
  • • Atın yaman - sat,
    Qardaşın yaman - qaç,
    arvadın yaman - at.
  • • Ata evində ügey ana, ər evində qayınana.
  • • Atana hörmət elə, oğlun sənə hörmət edər.
  • • Adamı qeyrət işlədər, dəyirmanı - su.
  • • Aşırı qeyrət, axırı zillət.
  • • At - ər altında, ər - qeyrət altında.
  • • At verməyin nə, "yavaş get" deməyin nə?
  • • At gücünü karvanda gör, mərd gücünü meydanda.
  • • Abad məclis aşığından bəllidir
  • • Atan soğan, anan sarımsaq; Sən hardan oldun gülməşəkər?
  • • Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
  • • Atı atın yanına bağlasan rəngini dəyişməsə də xasiyyətini dəyişər.
  • • Azqın olsan asarlar, yavaş olsan basarlar.
  • • Ay var ili gözlər, il var ayı gözlər.
  • • Ay görününcə, ulduza minnət qalmaz.
  • • Ağzı büzük bəy olsa, doğru çıxar söz ondan.
  • • Ac elə bilər ki, heç doymaz.
  • • Aparanda: - El aparar, yel aparar, sel aparar.
  • • Adımı qız qoymuşam, dul kişiyə getmərəm (bayatı).
  • • Adamlığı adamdan istə, xoş ətri qızılgüldən!
  • • Adamların qorxusundan doğrunu demək olmur, allahın qorxusundan yalanı.
  • • Adamın hüsnünə baxma, ağlına bax.
  • • Adamın ürəyindəkini bilmək olmaz.
  • • Adamın ölümü – mollanın bayramı.
  • • Adamın öz yavan çörəyi özgənin plovundan yaxşıdır.
  • • Adamın malı gözünün qabağında gərək.
  • • Adamın əvvəli olunca, axırı olsa yaxşıdır.
  • • Adamın dostu dar gündə bəlli olar.
  • • Adamın dinməzindən qorx.
  • • Adamın dili ilə ürəyi bir olsun gərək.
  • • Adamın axır günü xoş olsun.
  • • Adamın ayağından çəkən çox olar.
  • • Adamın adı pisliyə çıxınca canı çıxsa yaxşıdır.
  • • Adamı sözündən tutarlar, heyvanı buynuzundan.
  • • Adamı işi ilə tanıyarlar.
  • • Adamı dindir, sonra qiymətini ver.
  • • Adamı adam eləyən paradır, parasız adamın üzü qaradır.
  • • Adama sözü bir dəfə deyərlər.
  • • Adama adamlıq lazımdır.
  • • Adam hər işıq gələn yerə pambıq tıxmaz.
  • • Adam hər düşməndən bir ağıl öyrənər.
  • • Adam sözünü adama deyər.
  • • Adam soruşub öyrənməklə alim olar.
  • • Adam paltar ilə tanınmaz.
  • • Adam odur, "Dur get"i "Buyur, əyləş"dən tez başa düşsün.
  • • Adam gərək özü öz həkimi olsun.
  • • Adam gərək arxasız olmasın.
  • • Adam gedər, adı qalar.
  • • Adam yıxıldığı yerdən qalxar.
  • • Adam yanıla-yanıla adam olar.
  • • Adam qocalanda ikinci dəfə uşaq olur.
  • • Adam qabağına çıxartmalı deyil.
  • • Adam var ki, rəhmət aparar,
    Adam var ki, lənət aparar.
  • • Adam var ki, yemək üçün yaşayır, adam var yaşamaq üçün yeyir.
  • • Adam var ki, adamların naxşıdır,
    Adam var ki, heyvan ondan yaxşıdır,
    Adam var ki, dindirərsən "can" deyər,
    Adam var ki, dindirməsən yaxşıdır.
  • • Adam başından böyük danışmaz.
  • • Adam adamdır, olmasa da pulu, heyvan heyvandır, atlas olsa da çulu.
  • • Adın tut, qulağın bur.
  • • Adı dillər əzbəridir.
  • • Adı qulağına bitişib.
  • • Adı var, özü yox.
  • • Ad adamı bəzəməz, adam adı bəzəyər.
  • • Ağrımaz baş qəbirdə olar.
  • • Ağlınla gör, qəlbinlə eşit.
  • • Ağlamaq fayda verməz.
  • • Ağıllının ağzı qəlbində olur, axmağın qəlbi ağzında.
  • • Ağıllıya işarə, dəliyə kötək.
  • • Ağıllı fikirləşincə dəli çayı keçdi.
  • • Ağıllı uşaq bələkdə özünü göstərər.
  • • Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər.
  • • Ağıllı kişi qışın qeydinə yayda qalar.
  • • Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
  • • Ağıllı dostunu hər zaman xatırlar, ağılsız isə işi düşəndə.
  • • Ağıllı bir dəfə aldanar.
  • • Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
  • • Ağıllı bizi tapmaz, dəli bacadan düşər.
  • • Ağıla paxıllıq olmaz.
  • • Ağıl gücdən üstündür.
  • • Ağıl yaşda deyil, başdadır.
  • • Ağıl insana sərmayədir.
  • • Ağıl başın böyüklüyündə deyil.
  • • Ağıl bazarda satılmaz.
  • • Ağıl ağıldan üstündür.
  • • Ağız deyəni qulaq eşitmir.
  • • Ağzını xeyirliyə aç!
  • • Ağzını qoyub Allah yoluna.
  • • Ağzına su alıb.
  • • Ağzına söz atıblar.
  • • Ağacı meyvəsindən tanıyarlar.
  • • Ağacı qurd içindən yeyər.
  • • Ağac tutan baş yarandan çoxdur.
  • • Ağac öz kökü üstə bitər.
  • • Ağac kölgəsiz olmaz, insan sevgisiz.
  • • Ağac yaş ikən əyilər.
  • • Ağac kökündən su içər.
  • • Ağ gün qara günü yaddan çıxardar.
  • • Ağ gün (adamı) ağardar, qara gün qaraldar.
  • • Ağ köpək, qara köpək, ikisi də köpəkdir.
  • • Ağ divara hansı rəngi yaxsan, tutar.
  • • Avazın yaxşı gəlir oxuduğun Quran olsa?
  • • Ac toyuq yuxusunda darı görər.
  • • Ac deyər: - Doymaram!
  • • Ac qurd balasını yeyər.
  • • Açaram sandığı, tökərəm pambığı.
  • • Ah yerdə qalmaz.
  • • Axşamın işini sabaha qoyma.
  • • Axmaq özünə düşməndir, özgəyə necə dost ola bilər?
  • • Axmaq axmağı tapar.
  • • Axırda gülən yaxşı gülər.
  • • Ata-ana tərbiyə etməyəni həyat tərbiyə edər.
  • • Ata-ananın qoca vaxtında oğul əlindən tutar.
  • • Atdan düşən yenə atlanar.
  • • Atası ölən yetim qalmaz, anası ölən yetim olar.
  • • Atana necə baxarsan, övladın da sənə elə baxar.
  • • Atalar nə əkiblər, oğullar onu biçiblər.
  • • Atadan qalan mal yanan şama bənzər, əriyib qurtarar.
  • • Ata olmaq asandır, atalıq öyrənmək çətin.
  • • Ata oğlunun pisliyini istəməz.
  • • Ata malından mal olmaz, özün qazanmaq gərək.
  • • Ata malına göz tikən malsız qalar.
  • • Ata malı tez tükənər.
  • • Astarı üzündən baha.
  • • Asta atın təpiyi bərk dəyər.
  • • Aslanlar yurdunda tülkülər gəzir.
  • • Aslanın qorxusu qarışqadan olar.
  • • Aslan öləndə də aslandır.
  • • Arxasını yerə vermir.
  • • Artıq tikə diş qırar.
  • • Artıq tamah daş yarar, daş qayıdar baş yarar.
  • • Arzunun sonu yoxdur.
  • • Arzu geniş, ömür qısa.
  • • Arzu quyudur, doldurmaq olmaz.
  • • Arzu arzudan doğar.
  • • Arvad üzlü kişidən, kişi üzlü arvaddan əlhəzər.
  • • Arvadsız ev, susuz dəyirman.
  • • Arvadın isməti – ərin izzəti.
  • • Arvadın biri əla, ikisi bəla
  • • Arvadın axır hiyləsi ağlamaqdır.
  • • Arvadı bəd olanın saqqalı tez ağarar.
  • • Arvadı əri saxlar, pendiri dəri.
  • • Arvad şeytana papış tikər.
  • • Arvad, sən içəridən, mən bayırdan, yaxşıca ev tikərik.
  • • Arvad papaq deyil ki, başdan-başa qoyula.
  • • Arvad malı alçaq qapıdır, bir girəndə alnına dəyər, bir çıxanda.
  • • Arvad yıxan evi fələk də yıxa bilməz.
  • • Arvad iki olanda ev süpürülməmiş qalar.
  • • Arvad qohumu şirin olar.
  • • Arvad var, ev yığar, arvad var, ev yıxar.
  • • Arvad ilə at igidin bəxtinə.
  • • Arvad almamış övlad arzusu eləmə.
  • • Aralarından tük keçmir.
  • • Arsız qocalmaz.
  • • Anlayana bircə milçək də sazdır, anlamayana zurna-qaval da azdır.
  • • Anlayana bir söz bir kitabdır.
  • • Anlayan bir qıldan da anlar.
  • • Anası namaz üstündə imiş.
  • • Ananın canı övladdadır.
  • • Ananın keçdiyi körpüdən qızı da keçər.
  • • Ananın ərköyün oğlu hambal olar.
  • • Anam elə çox bilir ki, kündəni xırda tökür, atam elə çox bilir ki, ikisini birdən ötürür.
  • • Ana haqqı – tanrı haqqı.
  • • Ana ürəyi – dağ çiçəyi.
  • • Ana tökəni bala yığar.
  • • Ana olanda kişi anası ol.
  • • Ana evin dirəyidir.
  • • Aman deyəni öldürməzlər.
  • • Altmışında zurna çalmaq öyrənən axirətdə çalar.
  • • Altmışında at minmək öyrənən qiyamət meydanında çapar.
  • • Alnına nə yazılıb, onu görəcək.
  • • Alma öz ağacından uzağa düşməz.
  • • Allahın yarası da var, çarəsi da.
  • • Allahın işini bilmək olmaz.
  • • Allaha inanmayan bəndəyə də inanmaz.
  • • Allaha da özünü plov yeyən tanıtdır.
  • • Allah heç kimi arxasız qoymasın.
  • • Allah tənbəli sevməz.
  • • Allah sağ əli sol ələ möhtac eləməsin.
  • • Allah kora necə baxsa, kor da Allaha elə baxar.
  • • Allah kimə pay verməyi yaxşı bilir.
  • • Allah insana bir ağız, iki qulaq veribdir, bu da bir söyləmək, iki eşitmək üçündür.
  • • Allah dərdi çəkənə verər.
  • • Allah dəvəyə qanad versəydi, uçurmadığı dam- daş qalmazdı.
  • • Allah verməyəndə bəndə neyləsin?
  • • Allah verib, Allah da aparıb.
  • • Allah verəndə yox yerdən verər.
  • • Allah var, rəhmi də var.
  • • Allah bir kəsə qəzəb eləmək istəsə əvvəlcə onun ağlını başından alar.
  • • Allah bir yandan bağlasa, bir yandan açar.
  • • Allah bilən yaxşıdır, məsləhət onundur.
  • • Allah bacadan tökməz, gərək özün çalışasan.
  • • Allah adamın ömründən kəsib bəxtinə calasın.
  • • Allah ağıl paylayanda harada idin?
  • • Allah ağzından eşitsin!
  • • Alacağını yadında saxladığın kimi verəcəyini də yadında saxla.
  • • Alanda yaxşıdır, verəndə pis?
  • • Alan olmasa, satan da olmaz.
  • • Ayının boğazına su çıxanda balasını ayağının altına alar.
  • • Ayı meşədən küsüb, meşənin xəbəri yox.
  • • Ayaqqabı dar olanda dünya başa zindan olar.
  • • Ayaq üstə ölmək diz üstə yaşamaqdan yaxşıdır.
  • • Ayaq islanmayınca balıq tutulmaz.
  • • Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
  • • Ayağını yorğanına görə uzat.
  • • Ay aydın, onun da üzündə ləkə var.
  • • Ailəsinin qədrini bilməyən el-obasının da qədrini bilməz.
  • • Ailə xoşbəxtliyin açarıdır.
  • • Azın qədrini bilməyən çoxun da qədrini bilməz.
  • • Aza qane ol, çoxu allahdan istə.
  • • Az olsun, yaxşı olsun.
  • • Az ye, öz çörəyini ye.
  • • Az danış, çox qulaq as.
  • • Az danış, yaxşı danış.
  • • Az-az ye, həmişə ye.
  • • Asılsan da uca budaqdan asıl.
  • • Anasından ayrı düşən quzunu qurd yeyər.
  • • Ana kimi yar olmaz, Vətən kimi diyar.
  • • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • • Ağac səmtinə yıxılar.
  • • Ağac olan yerdə budaq sınar.
  • • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • • Ağacı içindən qurd yeyər.
  • • Ağac dibindən su içər.
  • • Atı atası ilə tanıdarlar, qatırı anası ilə.
  • • Ata olmasan, ata qədri bilməzsən.
  • • Atam gündəni sayır, anam gündədən kəsir.
  • • Atam ilə atanı deyincə, özüm ilə özünü de.
  • • Ata malına göz dikən ac olar.
  • • Ataya oğul, anaya qul.
  • • Ata-ananın canı övlada bağlı olar.
  • • Ata-ana sözünə baxmayan xoş gün görməz.
  • • Ata-anasına xeyri olmayanın, elə nə xeyri.
  • • Ata-anamı itirdim. Özümü yara yetirdim.
  • • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər.
  • • Anasına bax qızını al, Qırağına bax bezini al.
  • • Anası gəzən ağacları balası budaq-budaq gəzər.
  • • Anasızın gördüyü iş danlaqsız bitməz.
  • • Anan, bacın kimdir? - Yaxın qonşum.
  • • Analı quzu, Xınalı quzu.
  • • Analı qızın özü böyüyər, Anasız qızın sözü böyüyər.
  • • Analar bizi bu gün üçün doğub.
  • • Anadan əmdiyim süd burnumdan gəldi.
  • • Anadan əziz yenə anadır.
  • • Ana qarnında necə qalıbsan?
  • • Ana, bala ucundan canını oda yaxar.
  • • Ac toyuq yuxuda darı görər.
  • • Axtaran tapar, yoğuran yapar.
  • • At ölüb, itlərin bayramıdır.
  • • Atın izi itin izinə qarışmaz.
  • • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • • Arzu bir, ümid iki.
  • • Aman istəyənin boynun vurmazlar.
  • • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
  • • Allahdan buyruq, Ağzıma quyruq.
  • • Allaha əl çatmır, padşaha söz.
  • • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • • Adamın tamarzısı, Hər kəsin öz arzusu.
  • • Adamın gərək dili ilə ürəyi bir ola.
  • • Adam adam sayəsində adam olar.
  • • Ara sözü ev yıxar.
  • • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • • Adam odur ilqarından dönməyə.
  • • Adam var gözdən qızar,
    Adam var sözdən qızar.
  • • Ağzının qaytanı yoxdur.
  • • At ölər nalı qalar, İgid ölər namı qalar.
  • • At ət ilə, igid don ilə.
  • • Asta vur, Rasta vur.
  • • Aslanın nə erkəyi, nə dişisi.
  • • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
  • • Alnım açıq, üzüm ağ.
  • • Alıcı quş dimdiyindən bilinər.
  • • Aydan arıyam, sudan duru.
  • • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • • Ağalıq verimlədir, igidlik vurumla.
  • • Arı yeyib, namusu atıb dalına.
  • • Artıq tamah baş yarar.
  • • Alim olmaq asandır, adam olmaq çətin...
  • • Aldığını verməz, bildiyini deməz.
  • • Ala itdən məşhurdur.
  • • Al - ver deyiblər, al vermə deməyiblər.
  • • Ayı qandı, abid qanmadı.
  • • Aza qane olmayan, çoxa çatmaz.
  • • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq.
  • • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu.
  • • Adı it dəftərində də yoxdur.
  • • Adamın başına nə bəla gəlsə, dilindən gələr.
  • • Adam olmayan yerdə adamdır.
  • • Ağır otur, batman gəl.
  • • Ağıllı olan bir dəfə aldanar.
  • • Ağzına çullu dovşan sığışmır.
  • • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm.
  • • Ağa gətirər navala, xanım tökər çuvala.
  • • Abırsızdan abrını gözlə.
  • • Abdalın qarnı doyunca, gözü qapıda qalar
  • • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • • Ağıl yaşda olmaz, başda olar.
  • • Ağıl ağıldan üstün olar.
  • • Ağac bar verəndə başın aşağı dikər.
  • • Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • • At oğurlanandan sonra axur nəyə gərək.
  • • Arifə bir işarə, qanmaza min toppuz.
  • • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • • Arxalı köpək qurd basar.
  • • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • • Acıdil balsatandan, şirindil bibərsatandan yaxşıdır. (Türkmən atalar sözləri)
  • • Ağıllı adam, ağılsız adamın son etdiyini əvvəldə edər. (Hind atalar sözləri)
  • • Ağıllı adam, ağılsız adamın ən son etdiyini ilk öncə edər. (Hind atalar sözləri)
  • • Ağıllı özünü günahkar bilər, ağılsız - dostunu. (Özbək atalar sözləri)
  • • Ağıllı adam atını, axmaq arvadını tərifləyər. (Özbək atalar sözləri)
  • • Atın sağlam olsun, yoldan qorxma (Rus Atalar Sözləri)
  • • Ağlamaq üçün zaman var, əylənmək üçün də (Rus Atalar Sözləri)
  • • Axmaqla bir şey tapa bilərsən amma bölüşə bilməzsən (Rus Atalar Sözləri)
  • • Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır (Ərəb atalar sözü)
Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023