"Qəriblik" haqqında atalar sözləri

"Qəriblik" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Qəriblik" haqqında atalar sözləri

  • • Evli evdə yatar, qərib harda axşamlar?
  • • Qərib dərdin tək ağlar.
  • • Qərib dostu olmayandır.
  • • Qərib ölkədə kefə dolan, doğma yurdunda qüssədən ölər.
  • • Qərib quşa yuvanı Allah yetirər.
  • • Qərib, kor olur.
  • • Qəriblik ağıl artırar.
  • • Qəriblik cənnət olsa, yenə vətən yaxşıdır.
  • • Qürbətdən vətənə qayıdanda sevinmək olmasaydı, qürbət səfəri haram olardı.
  • • Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
  • • Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
  • • Yersiz qərib olmaz, qəribsiz yer olmaz.
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023