"Arzu" haqqında atalar sözləri

"Arzu" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Arzu" haqqında atalar sözləri

  • • Ac toyuq yuxuda darı görər.
  • • Adam adam sayəsində adam olar.
  • • Adamın gərək dili ilə ürəyi bir ola.
  • • Adamın tamarzısı, Hər kəsin öz arzusu.
  • • Allaha əl çatmır, padşaha söz.
  • • Allahdan buyruq, Ağzıma quyruq.
  • • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ.
  • • Aman istəyənin boynun vurmazlar.
  • • Arzu bir, ümid iki.
  • • At ölüb, itlərin bayramıdır.
  • • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • • Atın izi itin izinə qarışmaz.
  • • Axtaran tapar, yoğuran yapar.
  • • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar.
  • • Bağbanın könlü olsa, nə gəlib bağda bara.
  • • Bal tutan barmaq yalar.
  • • Balıq istəyən özünü suya vurar.
  • • Başına gələn başmaqçı olar.
  • • Başını keçəl eləmə, Hər keçəlin taleyi bir olmaz.
  • • Bizim evdə də bir gün bayram olar.
  • • Boş çanağı vurur dolu çanağa.
  • • Boyunduruq bilir, öküz nə çəkir.
  • • Bu arxa bir su gəlib, ümid var bir də gələ.
  • • Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
  • • Çarx dolanır, gün keçir.
  • • Çıxmayan cana ümid çoxdur.
  • • Çobanın meyli olsa, təkədən pendir tutar.
  • • Dağ dağa qovuşmaz, insan insana rast gələr.
  • • Dama dama göl olar, dada dada heç.
  • • Dəlidən doğru xəbər.
  • • Dərdlərə dərman olub, dərmansız qalan canım.
  • • Dəvə bir fikir eləsə, sarban iki fikir elər.
  • • Dəvənin quyruğu yerə dəyəndə işim düzələr.
  • • Diş tutmayanı, dodaq tutmaz.
  • • Dovşanı araba ilə tutur.
  • • Düzdə gəzdi hərləndi, Gəldi dağa dirəndi.
  • • Elə bil biyara gedir.
  • • Əli aşından da oldu, Vəli aşından da...
  • • Eşit, inanma.
  • • Fikirdən iti gedən şey yoxdur.
  • • Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır.
  • • Göz görmək üçün, könül seçmək üçündür.
  • • Göz görmür, üz utanmır.
  • • Gözü boynunun ardını görəndə...
  • • Gün batdı - bat, gün çıxdı - çıx!
  • • Halva Halva deməklə ağız şirin olmur.
  • • Haray üzülən canım, İpə düzülən canım.
  • • Heç kəsin çırağı axıracan yanmayıb...
  • • Hər arzu yerinə yetməz.
  • • Hər aydınlığın bir qaranlığı var, Hər qaranlığın da bir aydınlığı.
  • • Hər deyilənə inanmazlar.
  • • Hər için öz yeri, hər sözün öz məqamı var.
  • • Hər parıldayan qızıl olmaz.
  • • Hər quşatan, ovçu Pirim olmaz.
  • • Hər saatın bir hökmü var.
  • • Hərə öz atını minib çapır.
  • • İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır İlanı Seyidəhməd əli ilə tutur.
  • • İki qoçun başı bir qazanda qaynamaz.
  • • İnək bir, sağan iki.
  • • İnsan istəsə dağı dağ üstə qoyar.
  • • İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
  • • İstədiyini deyən, istəmədiyini eşidər İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
  • • İstək gözdə olar, məhəbbət ürəkdə.
  • • İstərəm dosta varam, əlim boş, üzüm qara.
  • • İstəyənin bir üzü qara, verməyənin iki üzü.
  • • İt də getdi, ip də getdi.
  • • İt dəmirçi dükanından nə aparar?
  • • Keçənə güzəşt deyərlər.
  • • Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir.
  • • Könülsüz işin axırı olmaz.
  • • Köpəyin qarnı tox gərək.
  • • Kötük üstündə çox budaqlar doğranıb.
  • • Nə doğrarsan qabına, o çıxar qaşığına.
  • • Nə əkərsən, onu biçərsən.
  • • Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun.
  • • Niyyətin hara, mənzilin ora.
  • • Od yanan yerdən işıq gələr.
  • • Olan olub, keçən keçib.
  • • Ölmə eşşəyim, yaz gələr yonca bitər.
  • • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
  • • Öz-özünü bəyənən ağam vay.
  • • Öz-özünü oda yaxır.
  • • Pis günün ömrü az olar.
  • • Pişiyin ağzı ətə çatmayanda deyər iy verir.
  • • Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş.
  • • Qabaqca danışma!
  • • Qarğa cəmdək üstə yığılar.
  • • Qoyunu qurda tapşırıb.
  • • Qulağının dibini görəndə...
  • • Qurunun oduna yaş da yanır.
  • • Quyuya su tökməklə quyu sulu olmaz.
  • • Samanlıqda iynə axtarır.
  • • Sınan gəmiyə nə külək.
  • • Suda boğulan saman çöpündən yapışar.
  • • Tez duranla tez evlənən uduzmaz.
  • • Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi.
  • • Toydan sonra nağara, xoş gəldin, bayram ağa.
  • • Toyun axırında zurna belə səslənər.
  • • Toyun əvvəlinə getmə, axırına da qalma.
  • • Toyunda qəlbirlə su daşıyım.
  • • Tula itdən də murdar.
  • • Ucuz ətin şorbası olmaz.
  • • Ürək götürməyəni, əl götürməz.
  • • Xəstə tələsər, armud vaxtında dəyər.
  • • Yağ yağa qarışdı, yarmalar yavan qaldı.
  • • Yağışdan çıxdıq, yağmura düşdük.
  • • Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən.
  • • Yanan yerdən tüstü çıxar.
  • • Yazıya pozu yoxdur.
  • • Yel aparan yelinki, Yerdə qalan mənimki.
  • • Yeməkdən ümid yaxşıdır.
  • • Yıxılan ağaca balta çalan çox olar.
  • • Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur.
Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024