"Səbir" haqqında atalar sözləri

"Səbir" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Səbir" haqqında atalar sözləri

  • • Ana səbri böyükdür.
  • • Ananın səbri tükənməz olur.
  • • Bəlaya səbir gərək.
  • • Əsəbi vaxtı bir an səbirli olsan, yüz günlük peşmanlıqdan qurtararsan. (Çin atalar sözləri)
  • • Kişidə səbir olmalıdır.
  • • Səbir acıdır, meyvəsi şirin.
  • • Səbir ağacı hər bağda göyərməz.
  • • Səbir cənnət açarıdır.
  • • Səbir edən muradına yetişər.
  • • Səbir edən salamat olar.
  • • Səbir eylə işinə, xeyir gələr başına.
  • • Səbir eylərəm, səbir daşı, çatladı ürəyimin başı.
  • • Səbir eyləyən çox yaşar.
  • • Səbir eyləyən fərəc tapar.
  • • Səbir ilə halva bişər ey qora səndən, bəsləsən atlas olar tut yarpağından.
  • • Səbir kasam dolubdur.
  • • Səbir təkamülün babasıdır.
  • • Səbir və əmək hər şeyi silər. (Rus Atalar Sözləri)
  • • Səbirin axırı xeyir olar.
  • • Səbr (səbir) ilə halva bişər, ey qora, səndən, bəsləsən atlas olar tut yarpağından.
  • • Tək gəldi səbir eylə, cüt gəldi xeyirdir.
  • • Tək səbir yaxşıdır, cüt səbir xoşdur.
  • • Tənbəllik çox zaman səbirlə qarışdırılır. (Fransız atalar sözləri)
  • • Tora düşən səbir eyləməsə özünü fələkətə salar.
  • • Zindana səbir eyləyən, axır taxta çıxar.
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023