"Söz-söhbət" haqqında atalar sözləri

"Söz-söhbət" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Söz-söhbət" haqqında atalar sözləri

  • • Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
  • • Adam odur ilqarından dönməyə.
  • • Adam var gözdən qızar,
    Adam var sözdən qızar.
  • • Adamın üzünə baxarlar, halını xəbər alarlar.
  • • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • • Ağzının qaytanı yoxdur.
  • • Ara sözü ev yıxar.
  • • Baş, dil ilə asılar.
  • • Başa dil gətirəni, el gətirə bilməz.
  • • Bildiyindən danış, bilmədiyin səni güdaza verər.
  • • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi.
  • • Bir doğru ki, yalana oxşadı, onu deməzlər.
  • • Bir misqal dilini qoyub, bir batman başı ilə danışır.
  • • Bir qəlbi ki, tikə bilmirsən, niyə yıxırsan?
  • • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • • Çox bilən quş, dimdiyindən cələyə düşər.
  • • Çox bilib az danışmaq igidin ləngəridir.
  • • Çox bilirsən, az danış.
  • • Damara bax, qan al.
  • • Danışana macal vermir.
  • • Danışığını yeyəsən.
  • • Danışıq, dananı qurda verər.
  • • Danışıram - pis olur, Danışmıram - his olur.
  • • Danışmaq gümüş, danışmamaq qızıldır.
  • • Dedim bir ağız ağla, demədim eli güldür bizə.
  • • Dedim eşidəsən, demədim öyrənəsən!
  • • Deyə-deyə dilimdə tük bitdi.
  • • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək.
  • • Dil ürəyin açarıdır.
  • • Dil yalançı olunca, lal olsa yaxşıdır.
  • • Dil yanılar, doğrusunu deyər.
  • • Dil yarası qılınc yarasından yamandır.
  • • Dilim-dilim olasan, dilim!
  • • Dilini saxlayan salamat olar.
  • • Dinəndə pis olur, dinməyəndə dərd kəsir.
  • • Doğru danışanın papağı yirtıq olar.
  • • Doğru elə bilər hamı doğrudur.
  • • Doğru elə bilğr hamı doğrudur.
  • • Doğru söz acı olar.
  • • Doğru söz dəmiri dələr.
  • • Doğru sözdən xəta gəlməz.
  • • Doğru yalanı qovar.
  • • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi.
  • • Doğruya zaval yoxdur, çəksələr min divana.
  • • Düz sözə boynum qıldan nazikdir.
  • • Əvvəl danış, sonra gül.
  • • Əvvəl düşün, sonra danış.
  • • Hərzəkar ağız başa yumruq vurdurar.
  • • İnsan ölər, söz qalar.
  • • Kələk ilə gələn, külək ilə gedər.
  • • Kişinin sözü bir olar.
  • • Nə dil bilsin, nə dodaq.
  • • Qorxu adama yalan dedirdər.
  • • Şamaxıda danışılan, Bakıda eşidilir.
  • • Şirin dil ilanı yuvadan çıxardar.
  • • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
  • • Söyləyən olma, dinləyən ol.
  • • Söyləyəndən dinləyən arif gərək.
  • • Söz bir olsa, dağ oynayar yerindən.
  • • Söz çeynəyən çox, söz deyən az.
  • • Söz danışıqdan keçər.
  • • Söz doğar.
  • • Söz götürənin, yer oturanındır.
  • • Söz həyatın bəzəyidir.
  • • Söz insanın vuran əlidir.
  • • Söz ki var, dəmirdir, vurduqca uzanar.
  • • Söz odur ki, haqqa vara.
  • • Söz qılıncdan kəsərlidir.
  • • Söz sözü çəkər, arşın bezi.
  • • Söz sözün dayağıdır.
  • • Söz var el içində, söz var ev içində.
  • • Söz vaxtına çəkər.
  • • Söz verər, bez verməz.
  • • Sözdən söz çıxar.
  • • Sözdən söz götürür.
  • • Sözlə plov olmaz, yağ ilə düyü gərək.
  • • Sözsüz ev olmaz,
    çalqısız toy olmaz.
  • • Sözü ağzında bişir, sonra çıxart.
  • • Sözü asta, ürəyi tasvasda.
  • • Sözü at, yiyəsi götürər.
  • • Sözü məqamında deyərlər.
  • • Sözü söz kəsər.
  • • Sözü sözdən alarlar.
  • • Sözü yaxşı anla, Sonra qızıb banla.
  • • Sözün başı axırından bilinər.
  • • Sözün damarı olar, çəkdikcə uzanar.
  • • Sözün də qanadı var.
  • • Sözün doğrusun de, min atını çap.
  • • Sözün doğrusunu zarafatla deyərlər.
  • • Sözün yalanı olmaz, yanlışı olar.
  • • Sözün yaxşısı baldan şirin olar.
  • • Sözün zahiri zərif, batini lətif olmalıdır.
  • • Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
  • • Yağmasan da gurulda.
  • • Yalan ayaq tutar, yeriməz.
  • • Yalan danışan hamını qanmaz bilər.
  • • Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz.
  • • Yalan ki var, doğrunun quludur.
  • • Yalan söz üz qizardar.
  • • Yalançı tamahkarı aldadar.
  • • Yalançını mənzilənədək qov!
  • • Yalançının evinə od düşdü, heç kəs inanmadı.
  • • Yalançının hafizəsi olmaz.
  • • Yalançının üzü qara olar.
  • • Yaman dil başa bəladır.
  • • Yaman yeyənin olsun, yaman deyənin olmasın.
Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024