"Bilik" haqqında atalar sözləri


Atalar Sözləri və Məsəllər
Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Bilik" haqqında atalar sözləri
  • Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • Ağac bar verəndə başın aşağı dikər.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl yaşda olmaz, başda olar.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Bacarıq ağılın nişanəsidir.
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • Bilmədiyini biləndən sor.
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • Ədəb bazarda satılmaz...
  • Elm ağılın çırağıdır.
  • Elmin gücü, Yıxar bürcü.
  • Göz görmək üçün, ağıl bilmək üçün.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz.
  • Kitab bilik mənbəyidir.
  • Məkkəyə gedən dəvə hacı olmaz.
  • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • Qələm əyri yonulsa da düz yazar.
  • Qələm qılıncdan itidir.
  • Qələm yazanı qılınc poza bilməz.
  • Qələmin ucu, qılıncın gücü.
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • Savadsız adam kor kimidir.
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

"Bilik" haqqında atalar sözləri - Atalar Sözləri


"Bilik" haqqında atalar sözləri, atalar sözləri, məsəllər, inşa, kitablar, dərsliklər, fənn, bədii, bayatı, abdulla, meseller, atalar sozleri, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, "Bilik" haqqında atalar sözləri, yukle

Saytda 112 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021