"Birlik" haqqında atalar sözləri

"Birlik" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Birlik" haqqında atalar sözləri

  • • "Mən kimdən?" demə,
    "Məndən kim!" de.
  • • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • • Arxalı köpək qurd basar.
  • • Baş-başa verməyincə daş yerindən qalxmaz.
  • • Bir gün düz yediyin yerə, qırx gün salam ver.
  • • Bir su ki, girdi qaba, oldu içməli.
  • • Birisi minə bağlıdır, mini də birə.
  • • Birləşmək başlanğıcdır, birliyi davam etdirmək inkişafdır; birlikdə işləmək müvəffəqiyyətdir. (Amerika atalar sözü)
  • • Birlik harada, dirilik orada.
  • • Çörək itirən, çörək tapmaz.
  • • Çox qarışqa bir şiri öldürər.
  • • Dağ dağa qovuşmaz, insan insana qovuşar.
  • • Doğru dostluq qərəzsiz olar.
  • • Dost başa baxar, düşmən ayağa.
  • • Dost dost ilə tən gərək, Tən olmasa gen gərək.
  • • Dost dosta yaman gündə gərəkdir.
  • • Dost min isə azdır, düşmən bir isə çoxdur.
  • • Dost yaman gündə tanınar.
  • • Dost yolunda boran olar, qar olar.
  • • Dost yolunda can qurban.
  • • Dost ziyankar olmaz, ziyankar da dost olmaz.
  • • Dostluqla tutub, düşmənliklə yıxma.
  • • Dostun versə qum, Al ovcunda yum!
  • • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • • El bir olsa – dağ oynadar yerindən,
    söz bir olsa, zərbi kərən sındırar.
  • • El bir olsa zərbi kərən sındırar.
  • • Əli ələ vurarsan, səs çıxar.
  • • Ət ilə dırnaq arasına girən iyiyər, çıxar.
  • • Ev alma, qonşu al.
  • • Həmnişinin bab ilə, Görən desin habelə.
  • • Hər şeyin təzəsi, dostun köhnəsi.
  • • Örtülü bazar dostluğu pozar.
  • • Özgə atına minən tez düşər.
  • • Özgə buzovunu güdənin çatısı əlində qalar.
  • • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
  • • Özgəsinə göz qoyan özünkünü itirər.
  • • Özgəyə quyu qazan özü düşər.
  • • Qonşu iti qonşuya hürməz.
  • • Qonşu muncuğunu götürən, onu ancaq gorda taxar.
  • • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • • Qonşu payı dolu gələr, dolu gedər.
  • • Qonşu qonşu olsa kor qız ərə gedər.
  • • Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar.
  • • Qonşu qonşuya baxar, Canını oda yaxar.
  • • Qonşum sağ olsun, ocağından od verməsin.
  • • Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan.
  • • Qonşunun haqqı axirət haqqıdır.
  • • Qoyun quzusunun ayağını basmaz.
  • • Sidq ilə dost olan ürəkdən də bir gərək.
  • • Tək əldən səs çıxmaz.
  • • Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
  • • Yaxşı dostu yaman gündə sına.
  • • Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın.
  • • Yeməklə dost olan illərlə küsülü qalar.
  • • Yoldaşını nişan ver, özünü tanıt.
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024