"Borc" haqqında atalar sözləri

"Borc" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Borc" haqqında atalar sözləri

  • • Ac qalmaq borclu olmaqdan yaxşıdır.
  • • Borc alan ağlar gələr, gülər gedər.
  • • Borc alan ağlaya-ağlaya gələr, gülə-gülə gedər.
  • • Borc alan bicdir, borc verən gic.
  • • Borc alan, salam da var.
  • • Borc almaq asandır, qaytarmaq çətin.
  • • Borc almaq başlanan yerdə dostluq pozular.
  • • Borc altında qalan deyil.
  • • Borc çıxıbdır xirtdəyəcən.
  • • Borc durar, xərc durmaz.
  • • Borc əsarətdir.
  • • Borc ilə alınan köynək adamı təmiz saxlamaz.
  • • Borc ilə çaxır içən, iki dəfə keflənər.
  • • Borc ki oldu yüz – kir içində üz.
  • • Borc köməyə bənzər, qaldıqca böyüyər.
  • • Borc mini aşdı, hər axşam paxlava ye.
  • • Borc ödəməklə, yol yeriməklə tükənər.
  • • Borc qaldıqca uzanar.
  • • Borc verənin dili uzun olar.
  • • Borc verməklə tükənər, yol getməklə.
    (Borc verməklə, yol yeriməklə bitər.)
  • • Borc yaddan çıxmaz.
  • • Borc yaxşı günə gəlməz.
  • • Borclunun duaçısı borc verəndir.
  • • Borcunu verməyən, bir də borc ala bilməz.
  • • Davada qılıncı borc verməzlər.
  • • Dolan qoyunum, dolan, borc verən gələr, ya səni aparar, ya məni.
  • • Gədadan borc alma, ya toyda istər, ya bayramda.
  • • İki gözü var idi, birini də borc elədi.
  • • Öküzü olana borc gön verərlər.
  • • Özgə evində qonaqdan borc istəməzlər.
  • • Qıx çörək, borc olmaz.
  • • Qulluqçudan borc eləmə, ya toyda istər, ya yasda.
  • • Saçı borc almaq mümkün olsaydı, keçəlin nə dərdi vardı?
  • • Şir öz dişini heç kəsə borc verməz.
  • • Yat qara öküzüm, yat, borc verən gələr, ya səni aparar, ya məni.
Dostlarınla Paylaş

Saytda 322 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024