"Ehtiyat" haqqında atalar sözləri

"Ehtiyat" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Ehtiyat" haqqında atalar sözləri

  • • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • • Arifə bir işarə, qanmaza min toppuz.
  • • At oğurlanandan sonra axur nəyə gərək.
  • • Bir ağızdan çıxan min ağıza yayılar.
  • • Bir daş altda, bir daş üstdə.
  • • Daldan atılan daş topuğa dəyər.
  • • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə.
  • • Ehtiyat igidin yaraşığıdır.
  • • Ehtiyatlı oğulun anası ağlamaz.
  • • Eşitdiyinə inanma, gördüyünə inan.
  • • Eşşəyin üzünü yuyanda külək qopar.
  • • Ev bizim, sirr bizim.
  • • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
  • • İş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var?
  • • Nə eşitsin, nə də qanı qaralsın.
  • • Nə görsün, nə də hürsün.
  • • Nə göz görsün, nə ürək bulansın.
  • • Nə yada sirrini ver, nə namərdə bel bağla.
  • • Öz pişiyini aslan görən, özgənin aslanını pişik görər.
  • • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
  • • Pusquda oturan yatmaz.
  • • Qaçırılan fürsət ələ düşməz.
  • • Qarğa, qarğa, məndə qoz var.
  • • Qurdun qonağlığına get, köpəyi də yanınca apar.
  • • Sərçə, yağış yağsa - balasını, dolu yağsa - öz başını qoruyur.
  • • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın.
  • • Sirr açandan el qaçar.
  • • Sirrini demə dostuna, dostunun da bir dostu var.
  • • Sonrakı peşmançılıq fayda verməz.
  • • Soruşan dağları aşar,
    Soruşmayan düzdə çaşar.
  • • Su yatar, düşmən yatmaz.
  • • Xalam bildi - aləm bildi.
  • • Yatan itləri oyatma.
  • • Yerin də qulağı var.
  • • Yoldan çıxanı yol vurar.
  • • Yüz ölç, bir biç.
Dostlarınla Paylaş

Saytda 119 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024