"Elm" haqqında atalar sözləri

"Elm" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"Elm" haqqında atalar sözləri

  • • Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • • Ağac bar verəndə başın aşağı dikər.
  • • Ağıl ağıldan üstün olar.
  • • Ağıl yaşda olmaz, başda olar.
  • • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • • Ağıllı fikir edincə, dəli Kürdən keçər.
  • • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • • Bacarıq ağılın nişanəsidir.
  • • Baxmaqla öyrənmək olsa, it də qəssab olar.
  • • Bilmədiyini biləndən sor.
  • • Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
  • • Ədəb bazarda satılmaz...
  • • Elm ağılın çırağıdır.
  • • Elmin gücü, Yıxar bürcü.
  • • Elmsiz adam meyvəsiz ağac kimidir.
  • • Göz görmək üçün, ağıl bilmək üçün.
  • • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • • Hər oxuyan Molla Pənah olmaz.
  • • Məkkəyə gedən dəvə hacı olmaz.
  • • Qafil yaşamaqdan ölmək yaxşıdır.
  • • Qələm əyri yonulsa da düz yazar.
  • • Qələm qılıncdan itidir.
  • • Qələm yazanı qılınc poza bilməz.
  • • Qələmin ucu, qılıncın gücü.
  • • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar.
  • • Savadsız adam kor kimidir.
  • • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram".
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024