"Ailə" haqqında atalar sözləri


Atalar Sözləri və Məsəllər
Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Ailə" haqqında atalar sözləri
  • Ağlarsa anam ağlar, başqası yalan ağlar. (Türk atalar sözü)
  • Anası gəzən ağacı qızı budaq-budaq gəzər.
  • Ata olmayan - ata, ana olmayan - ana qədrini bilməz.
  • Atıcı atar, tayını tapar.
  • Balam mənə əzizdir, tərbiyyəsi özündən də əzizdir.
  • Bir ata doqquz oğul saxlar, doqquz oğul bir atanı saxlamaz.
  • Bir-birini sevən ər-arvad komada da xoşbəxt olar.
  • Dərdin çoxsa söylən, borcun yoxsa evlən. (Türk atalar sözü)
  • Döyülməyən düyüdən aş olmaz.
  • Ər ilə arvadın xəmiri bir yerdə yoğrulub.
  • Ər-arvad ipəkdir, araya girən köpək.
  • Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol. (İspan atalar sözü)
  • Ərlə arvadın torpağı bir yerdən götürülər.
  • Evlənərkən qulaqlarına yox, gözlərinə inan.
  • Əvvəl evin içi, sonra çölü.
  • Gərək təkcə gəlin gəlin olmasın, gəlin gedən yer də gəlin olsun.
  • Hər işləyən - kişi olmaz,
    Hər doğan - ana olmaz.
  • Hər kəs ağlar, amma analar başqa cür ağlar.
  • Məndən olub mənə oxşamır.
  • Oğlunun davakarlığı ilə fəxr edən ata axırda ağzıqanlı qalar. (Fars atalar sözü)
  • Pis övlad altıncı barmaq kimidir - kəsərsən ağrıyar, kəsməzsən səni eybəcər göstərər.
  • Qadının gözəlliyi uşaq əlindəki silah kimidir - həm onun özü, həm də ətrafdakılar üçün təhlükəlidir. (Ərəb atalar sözü)
  • Qadınsız evdə hörümçəklər tor qurar.
  • Qırağına bax, bezini al, anasına bax, qızını al.
  • Qızını döyməyən, dizini döyər.
  • Su axar, çuxurunu tapar.
  • Subayın malın it yeyər, canın - bit.
  • Uşağı oxudan - atanın kisəsi, ananın kasası.
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

"Ailə" haqqında atalar sözləri - Atalar Sözləri


"Ailə" haqqında atalar sözləri, atalar sözləri, məsəllər, inşa, kitablar, dərsliklər, fənn, bədii, bayatı, abdulla, meseller, atalar sozleri, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, "Ailə" haqqında atalar sözləri, yukle

Saytda 105 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021