"İş" haqqında atalar sözləri

"İş" haqqında atalar sözləri


Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb

"İş" haqqında atalar sözləri

  • • "Halva-halva" deməklə ağız şirin olmaz.
  • • Asta gedən usta gedər.
  • • Balıq vermə, balıq tutmağı öyrət.
  • • Çala-çala çalağan olar.
  • • Çalışqan əl nəyə dəysə qızıl olar.
  • • Cəfa çəkməyən səfa görməz.
  • • Cəhrə əyirsən don yiyəsi olarsan (geyərsən).
  • • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik.
  • • Gücün çatan işdən yapış.
  • • Halva-halva deməklə ağız şirin olmaz.
  • • İş bədənin cövhəridir.
  • • İş görənlə iş gördürən yarıdır.
  • • İşə başlamaq işin yarısıdır.
  • • Kamil bağban çəkər bağın səfasın.
  • • Məsləhətli don gen olar.
  • • Nə əkərsən, onu biçərsən.
  • • Nə qoyuna gedər, nə qapıda hürər.
  • • Öyrənməklə bir iş bitər, biri başlar.
  • • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz.
  • • Sənət insan üçün xəzinədir.
  • • Sözün ilə işin bir olsun.
  • • Su bardağı suda sınar.
  • • Tələsən tərsə düşər.
  • • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
  • • Tənbələ iş buyur, o sənə nağıl danışsın.
  • • Tənbəllik azar artırar, işləmək canı saf eylər.
  • • Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  • • Ümid üzülməsə, hər iş çözülər.
  • • Uşağa iş buyur, ardınca yuyur.
  • • Uşağı buyur, dalınca yüyür.
  • • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • • Ustadına gəc baxanın gözlərinə qan damar.
  • • Uzaqdan baxana döyüş asan gələr.
  • • Uzaqdan zurna səsi xoş gələr.
  • • Yazda çalan qışda oynar.
  • • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
  • • Yeməyə kömək, işləməyə də kömək.
  • • Yeməyin qulu, işləməyin xəstəsi.
  • • Yorğanına bax, ayağını uzat.
  • • Yorğun ata şallaq vursan, şıllaq atar.
  • • Yüyürək at özünə qamçı vurdurmaz.
  • • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024